Şrift:
Portuqaliya Futbol Liqası stadionlarda təhlükəsizlik tədbirlərini gücləndirmək niyyətindədir
19.01.2020 [11:08] - İdman
Portuqaliya Futbol Liqasının (LPFP) prezidenti Pedru Proensa I Liqanın 17-ci turu çərçivəsində “Sportinq” və “Benfika” arasında matçda baş vermiş insidentlərdən sonra Daxili Administrasiya naziri ilə təcili görüşmək istədiyini bildirib. LPFP-nin bəyanatında deyilir: “Portuqaliya Liqası Joze Alvalade stadionunda baş verənlərə görə dərin təəssüf hissi keçirir. Bir qrup fanat idman şousunu pozub, oyunçulara ziyan vurub və bununla da azarkeşlərin fiziki toxunulmazlığını və təhlükəsizliyini şübhə altına qoyub”.
“Benfika” və “Sportinq”in görüşü ikinci hissənin əvvəlində pirotexnikanın partlaması səbəbindən beş dəqiqədən çox dayanıb. Görüş 2:0 hesabı ilə “Benfika”nın qələbəsi ilə başa çatıb. Hər iki qolu Rafa Silva vurub.
Portuqaliya Futbol Liqası stadionlarda təhlükəsizlik tədbirlərini gücləndirmək, təhlükəli və qadağan edilmiş əşyaların daşınmasına qadağa qoymaq niyyətindədir.
Pedru Proensa nazir Eduardu Kabritaya məktub ünvanlayaraq vəziyyəti təhlil etmək, səmərəli tədbirlər görmək üçün təcili görüşmək istədiyini bildirib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 364 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed