Şrift:
Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib
19.01.2020 [11:55] - Hərb
Ravalpindi şəhərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəsində 9-cu görüş keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan nümayəndə heyətinə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov rəhbərlik edib. Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regional təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2020-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub. Sonda protokol imzalanıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 400 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed