18.09.2012 [10:31] - Güney Azərbaycan xəbərləri
Məsullar zəlzələdən zərərçəkənlərin müvəqqəti məskunlaşması ilə bağlı heç bir iş görmədiklərini açıqca dilə gətirirlər.Vərziğanın İran parlamentindəki Millət Vəkili, Şərqi Azərbaycan Vilayətinin (ostan) məsullarını zəlzələdən zərərçəkənlərin müvəqqəti məskunlaşdırılması ilə bağlı tənqid edərək bildirib ki, Şərqi Azərbaycanın valisi açıq-aşkar elan edib ki, bu barədə heç bir iş görülmür və əhali özü tədbir almalıdır.ALLAHverdi Dehqani parlamentdə bəyan edib ki, “təəssüflə dövlət məsulları fürsət olduğu zaman rahat oturub və doğru-düzgün bir iş görmədilər, indi isə soyuq fəsili başlayır və əhali problemlərlə üz-üzədir. Dövlət zəlzələdən zərərçəkənləri ya Vərziğan şəhərində yerləşdirməli vəya böyük şəhərlərdə onlar üçün yaşayış yerləri icarə olunmalıdır. Ona görə ki, soyuq və yağış fəsili başlayınca, artıq çadırlarda qalmaq mümkün olmayacaq”.
Bu xəbər oxucular tərəfindən 1065 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |