19.01.2020 [13:32] - Borçalı
Gürcüstanda Azərbaycandilli məktəblərdə kadr çatışmazlığı var. GAXA-nın məlumatına görə, bu mövzu barədə dəfələrlə danışılır və yazılır. Təəssüf ki, hələlik bu istiqamətdə dəqiq ölçü götürən yoxdur. İstər Gürcüstanda, istərsə də Azərbaycanda təhsil nazirləri birlikdə nəsə təklif edir, bu problemi həll etməyə çalışsalar da işıq ucu görünmür. Kadr çatışmazlığı bir yana, hətta məktəb müəllimlərinin haqlı tələblərinə cavab verən məzmunlu dərsliklər çatışmır. Dəfələrlə şahidi olmuşuq ki, müəllimlər gürcü dilindən Azərbaycan dilinə tərcümə olunan dərsliklərdə bağışlanmaz səhvlər olduğunu bildiriblər. Bu problem isə hələ də davam edir. Azərbaycan dili və ədəbiyyatı fənnləri üzrə isə kadr problemi artıq gündəlik mövzuya çevrilib. Hər yerdə bu çatışmazlıqdan danışılır və cəmiyyəti narahat edən problem isə çözülmür ki, çözülmür. Deyilən fikirlər kağız üzərində qalır. Məlumata görə, azərbaycanlıların kompakt yaşadığı bölgələrdə bədii kitablar da çatışmır. Azərbaycandan Gürcüstana nadir hallarda kimlərinsə köməyi ilə kitablar gətirilir. Bu isə məktəblərimizin tələbatını ödəmir. Şagirdlər bədii ədəbiyyat oxumaq üçün bəzi hallarda uzaq məsafə qət edir və bədii ədəbiyyat tapmaq ümüdi ilə vaxtlarını itirirlər. Kəndlərimizdə isə əvvəllər mövcud olan kitabxanaların qapısından qıfıl asılıb və yaxud kitabxanalar uçurulub.
Əvvəllər Gürcüstanda Azərbaycan dilində qəzet və jurnallar nəşr olunurdusa, indi nəşr sahəsi tamamilə boş qalıb. Jurnalistlər daha öz peşələri üzrə iş tapa bilmir və digər sahələrə üz tuturlar. Vaxt var idi ki, Gürcüstan tarixi, Gürcüstan coğrafiyası azərbaycancaya tərcümə olunub, müxtəlif sözlüklər, danışıq lüğətləri, bukletlər, məktəblilər üçün dərs vəsaitləri nəşr olunub. İndi bu sahəyə maliyyə ayıran yoxdur.
Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə dərs tədris edən müəllimlər də artıq qocalıblar. Onlar tədris etdiyi bu fənnləri keyfiyyətlə və lazımi tələblərlə tədriis edə bilməyirlər. Hökumətin onlara verdiyi iki illik əmək haqqının hamısını öz razılıqları ilə aldıqdan sonra çalışdıqları məktəbləri tərk ediblər. Gürcüstanın ali məktəblərində gürcü dilində təhsil alan azərbaycanlı gənclərin sayı artsa da, bəzi hallarda onlara məktəblərdə iş tapılmır. Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə fakültələr və ya tədris müəssisələri fəaliyyət göstərmədiyindən məktəblərimizdə bəzi hallarda bu fənlər üzrə kadrların yeri boş qalıb. Bu problem artıq cəmiyyətimizi narahat edir. Düşünürük ki, gələcəkdə kadr çatışmazlığı daha da çoxalacaq. Bu problemlərin çözülməyinin artıq vaxtı çatdığını bildiririk. İstər Gürcüstanda, istərsə Azərbaycanda bu problemlərlə bağlı danışıqların gedişinin sürətləndirməyin vacib olduğunu qeyd edirik.
DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |