21.01.2020 [16:26] - Mədəniyyət
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi, Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Cahandar Xanlarovun “Kaman pıçıltısı” adlı müəllif konserti keçirildi. Kkonsert Azərbaycan Dövlət Mədəniyyət və İnvəsənət Universitetinin və Beynəlxalq Muğam Mərkəzi birgə layihəsinin çərçivəsində təşkil edilmişdir.
Konsert boyu qədim musiqi alətlərimizdən biri olan, əsrlərdir ki, incə, məlahətli, melodik səsi ilə insanları valeh edən kamançada xalq və bəstəkar mahnılarımızdan nümunələr təqdim edildi. Gənc istedadı səhnədə tək qoymayan müəllimi, Əməkdar artist, professor Mirnazim Əsədullayev tələbəsi ilə birlikdə “Gül açdı” xalq mahnısını təqdim etdi. İfaçıları Afşin Əlizadə (piano), Nicat Paşazadə(bas gitara) və Bilal Həsənov (zərb alətləri) müşayiət edirdi.
Kamançanın ecazkar səsində Şərq mədəniyyətinin incə özünəməxsusluğu var. Elə bu özünəməxsusluqla gənc ifaçı Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Siyavuş Kərimi yaradıcılığından nümunələrlə yanaşı Bayatı Şiraz kompozisiyası, xalq mahnılarından ibarət lirik əhval-ruhiyyə ilə yanaşı müsbət hisslər yaradan unudulmaz bir kaman gecəsi təqdim etmiş oldu.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi mütəmadi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bülbül adına Orta İxtisas Musiqi məktəbi , Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan musiqi məktəbləri ilə birlikdə konsertlər təşkil edir. Bu konsertlər gənc istedadları dəstəkləmək məqsədi daşıyır. Həmçinin birgə əməkdaşlıq nəticəsində keçirilən konsertlərin məqsədi gənc istedadların səhnəyə alışması və peşə səriştələrinin artırılmasına xidmət edir.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 471 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |