26.10.2011 [10:59] - Xəbərlər
ABŞ Konqresi Nümayəndələr palatası xarici əlaqələr komitəsinin sədri İleana Ros-Letinen 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrə «erməni soyqırımı» adının verilməsindən narahat olduğunu bildirib. Bu barədə CNNTürk məlumat verib.
«Bu son dərəcə həssas bir məsələdir və ABŞ Konqresinin bu məsələyə müdaxiləsini düzgün saymıram. Bunun əvəzinə, bu məsələ Türkiyə və Ermənistan arasında birbaşa müzakirə olunmalıdır. Bu çərçivədə türk və erməni tarixçilərin əməkdaşlıq şəraitində bu faciəvi hadisələri nəzərdən keçirməsini təklifini qətiyyətlə dəstəkləyirəm», deyə Roz-Letinen bəyan edib.
Xatırladaq ki, ötən ilin martında ABŞ Konqresinin Nümayəndələr palatası xarici əlaqələr komitəsi «erməni soyqırımı»nı tanımaq barədə qətnamə qəbul etmişdi. Həmin dövrdə komitəyə Hovard Berman başçılıq edirdi.

Bu xəbər oxucular tərəfindən 957 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |