Şrift:
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsi yad olunmuşdur
18.09.2012 [11:04] - Gündəm, Mədəniyyət
18 sentyabr - Milli Musiqi Günü hər il ölkəmizdə geniş şəkildə qeyd edilməkdədir. Bu musiqi bayramı həm də tarixə 127 il bundan əvvəl dünyaya göz açmış dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, ensiklopedik biliyə malik musiqişünas alim Üzeyir Hacıbəylinin doğum günü kimi həkk olunmuşdur.
AzərTAc xəbər verir ki, bu münasibətilə sentyabrın 18-də tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə tər güllər düzmüşlər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstəsi qoyulmuşdur.
Tədbir iştirakçıları Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin və digər görkəmli mədəniyyət, incəsənət xadimlərinin məzarlarını ziyarət etmişlər.
Bu xəbər oxucular tərəfindən 1246 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed