21.01.2020 [19:49] - Diaspor
Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımovun başçılıq etdiyi nümayəndə heyəti ”Cojep İnternational” təşkilatının UNESKO-nun Baş Mənzil Qərargahında keçirdiyi “Multikulturalizm naminə hərəkət edin! Ədalətli bir dünya üçün nəsə et!” mövzusunda konfransda iştirak edib. Nümayəndə heyətinin tərkibinə AAK İdarə Heyətinin üzvü Vasif Muradlı və AAK-ın baş katibi Arzu Oqtay daxil olub.
Azərbaycanda müxtəlif dinlərə, onların nümayəndələrinə hörmətlə yanaşıldığını diqqətə çatdıran S.Qasımov qeyd edib ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə baxmayaraq, Bakının mərkəzində erməni kilsəsi qorunub saxlanılır, lakin İrəvanda Azərbaycanın tarixi-mədəni irsi darmadağın edilib. Məruzəçi müstəqilliyinin ilk illərində ölkəmizin 20 Yanvar və Xocalı soyqırımı kimi dəhşətli faciələrlə üzləşdiyini də yada salıb. Həmin müdhiş tarixi günlərlə bağlı ətraflı məlumat verib və Azərbaycan xalqına münasibətdə beynəlxalq hüququn, BMT İnsan Haqları Bəyannaməsinin kobud şəkildə pozulduğunu nəzərə çatdırıb. Konfransın gələcəkdə Avropa Parlamentində, Avropa Şurası, BMT və ATƏT-də də keçirilməsi nəzərdə tutulub.
DAVAM.AZ
“Avropa Bürosu”

Bu xəbər oxucular tərəfindən 619 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |