22.01.2020 [13:54] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.
71.Turizm ilə bağlı: (17.03.2017)
Üçüncü məsələ turizm ilə bağlıdır. Müalicəvi turizmin inkişafı üçün müəyyən tədbirlərin görülməsini təklif edirəm. Müalicəvi turizm deyəndə, məsələn, Masazır gölünün ətrafında yaxşı şəraitin yaradılması mümkündür. Palçıq vulkanlarımızdan istifadə etmək lazımdır.
72.Müharibə konsepsiyası ilə bağlı: (17.03.2017)
Amma bir daha fikrimin sonunda hökumətin bütün resurslarla müharibə konsepsiyasını hazırlaması və müzakirəyə çıxarmasını çox vacib məsələ hesab edirəm. Azərbaycan bütün dünyaya nümayiş etdirməlidir ki, bizim əsas məqsədimiz torpaqlarımızın azad olunmasıdır. Ya buyurun, dinc yolla azad edin, ya da bütün ölkə səfərbər olaraq bu torpaqları azad edəcəkdir.
73.Vergi işçiləri və DYP işçiləri süni halda pis duruma salınır: (15.04.2017)
Büdcəyə proqnozlaşdırılan daxilolmalarda 101 milyon manat vergi ödəyicilərinin cərimələrindən daxilolma kimi nəzərdə tutuldu.1 milyon manat isə yol hərəkəti qaydalarının pozulmasından nəzərdə tutuldu. Bu yanlış yanaşma oldu. Həm də vergi işçilərini və DYP işçilərini pis duruma salma oldu. Bəlkə bu il heç səhlənkar sürücü və ya qayda pozan sahibkar olmayacaq. Onda bu o deməkdir ki, vergi işçiləri və DYP işçiləri nə yolla olur olsun bu vəsaiti təmin etməlidir. Bu məsələyə Hesablama Palatası diqqət etməlidir.
74.Vəsaitlər səmərəli istifadə olunmalı: (15.04.2017)
Hesablama Palatasının fəaliyyətinin məqsədi dövlətin inkişafı və vətəndaşların rifahı naminə dövlət vəsaitlərinin şəffaf, məqsədyönlü, səmərəli, nəticəli, qənaətlə istifadə olunmasını təmin etməkdir. Amma bütün hallardamı vəsaitlər səmərəli istifadə olunur? Əlbəttə yox. Banklardan külli miqdarda vəsaitin kredit şəkilində götürülməsi, ölkədən çıxarılması hamıya məlumdur. Avanturist layihələrə fantastik vəsaitlə kredit ayrılması nədən Hesablama Palatasının hesabatında yoxdur?
75.Korrupsionerlər tərəfindən oğurlanmış dövlət vəsaiti milliləşdirilməli : (15.04.2017)
Ümumi bölümdə dövlət əmlakının özəlləşdirilməsi vasitəsi ilə büdcəyə daxil olmalarla bağlı hissə var. Dövlət əmlakı dedikdə təkcə uzun müddətdir dövlətin sərəncamında olan fabrik, zavod və s. anlaşılmamalıdır. Bəzi korrupsioner məmurlar tərəfindən oğurlanmış dövlət vəsaiti hesabına tikilən əmlaklar da milliləşdirilərək dövlət əmlakı kimi istifadə olunmalıdır.
Yaxınlarda bir neçə sahibi üzə çıxmayan villaların Bakı İH tərəfindən sökülməsini xatırlayırıq. Niyə bu əmlaklar sokülməli idi? Axı bu villalar dövlətdən oğurlanmış pulla tikilmişdi. Onlar dövlət hesabına keçirilərək uşaq bağçası, qocalar evi, turizm məqsədli və s. istiqamətdə istifadə oluna bilərdi. Yoxsa, onsuz da dövlətdən oğurlayıblar və bir miqdar da sökmək üçün vəsai ayırıb daha çox itki vermək israfçılıq deyilmi?
15-ci hissə

Bu xəbər oxucular tərəfindən 1026 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |