Şrift:
Fərəc Quliyev: Rusiyadan silah almağa son qoymalı, Naxçıvana gediş asanlaşmalı, Türkiyə ilə birgə hərbi əməliyyat və s
23.01.2020 [14:30] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.
16-cı hissə


76.Naxçıvan turizm üçün unikal yerdir və ora gediş məsələsi asanlaşdırmalı: (02.05.2017)

İsrail Ölü dənizin məhsullarını hər yerdə satır, bizim də imkanımız varki palçıq vulkanı məhsullarını sataq və yaxud da Naxçıvanda Darıdağ suyunun paraşok halına salınmış məhsulunu sataq. Bunun üçün də müəyyən maddələr salınıbdı həm 4.2 bəndi həm 23.2.6 bəndi buna imkan verir və yeri gəlmişkən Naxçıvanla bağlı deyim ki, məncə bu sənəddə ikinci oxunuşa qədər yaxud da sonrakı vaxtlarda komitə bir məsələni xüsusi olaraq nəzərə alsınki Naxçıvan turizm üçün çox unikal bir yerdir və ora gediş məsələsini biraz asanlaşdırmaq lazımdır. Çünki turistlər üçün olan biletlərin qiyməti yerli əhaliyə satılan biletin qiymətindən fərq edir. Onu eyniləşdirmək normal olarki turistlər ora cəlb olunsun.

77.Uzun və yorucu olsa belə, savaşa başlamalı: (02.05.2017)

Bizim də torpaqlarımız işğal altındadır və bununla bağlı addım atmaq istəmirlər. Biz parlamentdə nəhayət, Dağlıq Qarabağ məsələsini geniş müzakirəyə çxıartmalıyıq. BMT qətnamələrini ortaya qoymalı, bəyan etməliyik ki, siz qərarların icrası istiqamətində addım atmırsınızsa, imkan verin, biz torpaqlarımızı azad edək! Bizim oturub onların hansısa iş görəcəyini gözləməyimiz heç bir məntiqə sığmır. Hesab edirəm ki, BMT, ATƏT və digər qurumlar konkret addımlar atmayacaqlarsa, düşmənə 1-2 ay vaxt vermək
lazımdır,bundan sonra biz uzun və yorucu olsa belə, savaşa başlayıb, ərazilərimizi işğaldan azad etməliyik

78.Türkiyə ilə birgə hərbi əməliyyatlar keçirmə imkanları düşünülməli : (02.05.2017)

Biz Türkiyə ilə mədəni və iqtisadi münasibətləri siyasi- hərbi müstəviyə keçirərək Türkiyə ilə birgə düşmənlərə qarşı birgə hərbi əməliyyatlar keçirmə səviyyəsinə qədər birgə addımlar atmalıyıq .Bir daha parlamentin Qarabağla bağlı xüsusi iclasının keçrilməsini təklif edirəm.

79.Xocalı soyqırımına görə Rusiyanın da siyasi- hüquqi məsuliyyəti ifadə olunmalı: (16.05.2017)

Xocalı soyrımı məsələsi Milli Məclisdə müzakirə olunanda, mən çıxışımda təkid elədim ki, müraciət layihəsində 366-cı alay Sovet İttiqfaqının ordusu kimi yox Rusiya ordusu kimi göstərilməlidir. O dönəmdə Sovet İttiqfaqı yox idi, Rusiya var idi. Xocalı soyqırımına görə siyasi- hüquqi məsuliyyəti isə təkcə Ermənistan yox, həm də Rusiyanın daşıdığını sənəddə göstərilməsini təkid elədim, təəssüf ki, onu ora salmadıq.

80.Rusiyadan silah almağa son qoymalı, NATO-ya inteqrasiya olunmalı: (16.05.2017)

Hesab edirəm ki, Rusiya ilə münasibətlərə yenidən baxmaq lazımdır. Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmadığından, Rusiyaya digər xoş münasibətləri ucbatından, dəfələrlə qərb təsisatlarında müxtəlif səviyyələrdə münasibətlərə xələl gəlməsi ilə rastlaşıbdı. Artıq, Azərbaycan qərb təsisatlarında mövcud yaxşı münasibətlərini daha da inkişaf və davam etdirməlidir . Hesab edirəm ki, Rusiyadan silah almağa da son qoymaq lazımdır. NATO-ya inteqrasiya olunmaq lazımdır.
Bu xəbər oxucular tərəfindən 1212 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed