Şrift:
Pollinoza qarşı istifadə edilən xalq təbabəti üsulları
24.01.2020 [10:25] - Sağlıq
Tənəffüs yollarının uzun müddət allergenlərlə təması nəticəsində immun sisteminin pozğunluğu ilə əlaqədar olaraq yaranan xəstəliyə pollinoz deyilir. Xəstəlik əsasən yaz aylarında ağacların çiçəkləməsi ilə əlaqədar olaraq baş qaldırır və özünü daha çox asqırma, burun axması, gözdən yaş gəlmə, burun tutulması, baş ağrısı və digər əlamətlərlə özünü büruzə verir. İstənilən yaş dövründə rast gəlinən xəstəliyi bəzən “ot qızdırması” da adlandırırlar.
Təzə yığılmış kərəviz kökü sıxılaraq şirəsi çıxarılır və gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1-2 çay qaşığı qəbul edilir. 2 xörək qaşığı qurudulmuş qarağat yarpaqları üzərinə 1 stəkan qaynar su əlavə edilərək dəmlənilir, alınan dəmləmə süzüləndən sonra gün ərzində qəbul edilir. 3-5 ədəd kök, 2 ədəd alma, 1 dəstə cəfəri və 2 ədəd gül kələminin şirəsi sıxılaraq gündə 2-3 dəfə yeməkdən yarım saat əvvəl içilir. 4 baş soğan doğranılaraq üzərinə 1 litr soyuq su əlavə edilir, gecə səhərə qədər qalandan sonra gün ərzində içilir. 1 xörək qaşığı aptek çobanyastığı çiçəkləri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 20-30 dəqiqə dəmlənilir və gündə 2-4 dəfə 1 xörək qaşığı qəbul edilir. Bir ədəd qənd üzərinə hərəsindən 5 damcı olmaqla razyana, şüyüd və dəfnə yağları damızdırılıb gündə 3 dəfə yeməkdən yarım saat əvvəl qəbul edilir. Yeməkdən sonra 1 stəkan qaynadılmış sərin suda 1 çay qaşığı kalsium xlor həll edilərək içilir. 2 xörək qaşığı gicitkən yarpaqları üzərinə 2 stəkan qaynar su əlavə edilərək dəmlənilir və gündə 4 dəfə yeməkdən əvvəl yarım stəkan içilir. 4 xörək qaşığı quru gil tozu yarım litr isti suda həll olunaraq vannada o qədər də isti olmayan suya əlavə edilir. Vanna qəbulundan sonra sərin su ilə yaxalanmaq lazımdır. Bunlardan əlavə antiallergik xüsusiyyətlərə malik olan məhsullardan közdə bişirilmiş kartof, əncir, quşüzümü, şirin biyan şərbəti və s. istifadə etmək olar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed