Şrift:
Suya qarışdırılmış limon damcısı nələr edir?
24.01.2020 [10:35] - Sağlıq
Əgər səhər yuxudan duran zaman yarım stəkan isti suya bir neçə damcı limon suyu töküb içsəniz, nələrin baş verdiyini bilirsinizmi?

1. İmmun sistemini gücləndirər.
Limonun tərkibində C vitamini olduğu üçün virus xəstəlikləri ilə mübarizədə çox faydalıdır. Bu turş meyvə kalium mənbəyidir. Limon qan təzyiqi üçün də faydalıdır. O zaman ki, acqarına bu meyvədən istifadə edirsiniz, anti-oksidant bədəninizin immun sistemini gücləndirər.

2. Yeməyin həzm olmasına yardım edər.
Bu içəcək bədəndə olan zəhərli maddələri dəf edər. Həmçinin öd ifrazının artmasına səbəb olar. Bunun nəticəsində mədə yanmasının qarşısı alınar. Lakin əgər mədənizdə yara varsa və həssas bir mədəyə maliksinizsə, bu içəcəkdən çəkinin. Yaxşı olar ki, əgər içsəniz də limon damcısının sayını gərək azaldasınız.

3. Fövqəladə diuretikdir.
Bu içəcək bədəndə olan toksinləri təmizləyər və sidikqovucudur. Ona görə də diuretik xasiyyətə malikdir.

4. Tənəffüs yollarındakı problemi həll edər.
Bu içəcək tənəffüs yollarını təmizlədiyindən, problemləri də aradan qaldırar. Sinənizdə olan xəstəliklər üçün faydalıdır. Belə ki, öskürək xəstəliyindən xilas ola bilərsiniz. Bu içəcək astma və allergiya xəstəliyinə qarşı da faydalıdır.

5. Çəkinin azalmasına yardım edər.
Limonun tərkibində pektin maddəsi olduğu üçün aclıqla mübarizə aparar. Nəticədə çəkinizi rahat şəkildə azaltmağa yardım edər. Ona görə də əgər pəhriz saxlayırsınızsa, bu içəcəyi unutmayın.

6. Dərinin təmizlənməsi üçün.
Bu içəcək diş ağrısına qarşı və dərinin təmizlənməsi üçün faydalı bir içəcəkdir.

7. Stresslə mübarizə aparar.
O zaman ki, günümüz stresslə dolu olar, bədən C vitamini itirər. Ona görə də limonu unutmayaq. Bu içəcək C vitamini vasitəsilə əsəb gərginliyinizi aradan qaldıra biləcəkdir. Ona görə özünüzü daha gümrah hiss edərsiniz.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 388 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed