26.10.2011 [11:04] - İqtisadiyyat
Türkiyə ilə Azərbaycan arasında qaz tranziti, qaz təchizatı və qaz alğı-satqısına dair sazişlər imzalanıb.
Sazişləri Azərbaycan tərəfdən ARDNŞ prezidenti Rövnəq Abdullayev, Türkiyə tərəfdən isə BOTAŞ-ın baş direktoru Fazil Şənəl imzalayıblar.
Qaz tranzitinə dair saziş “Cənub dəhlizi” layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulur.
Bundan başqa, Azərbaycan və Türkiyə arasında hökumətlərarası enerji protokolu imzalanıb. Protokolu Azərbaycan tərəfdən sənaye və energetika naziri Natiq Əliyev, Türkiyə tərəfdən isə enerji naziri və təbii ehtiyatlar naziri Taner Yıldız imzalayıblar.
İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığı nəzərdə tutan növbəti sənədi - “İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişi” isə Azərbaycan və Türkiyənin iqtisadi inkişaf nazirləri Şahin Mustafayev və Zəfər Çağlayan imzalayıblar.

Bu xəbər oxucular tərəfindən 1193 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |