Şrift:
Bir gəncin harayı: “KİMSƏSİZ GƏNCLƏRƏ SAHİB ÇIXAQ!!!”
18.09.2012 [16:57] - Gənclik
Samir ASLAN

Bəs görəsən bu işin məsuliyyətini kim daşıyır???!!!

“Hər zaman düşünürəm ki, görəsən bu işin məsuliyyətini kim daşıyır???!!!”


Qələmi aldım və fikirləşdim nədən yazım. Yəni, “ Aazərbaycanın ən mühüm hadisəsi nədir və cəmiyyət biganə yanaşdığı əsas məsələ nədir?” – deyə, xeyli düşündüm. Amma o da bəllidi ki, bu gün cəmiyyətə lazımsız olan, ya da zamanı olan-olmayan çox şeylərdən deyiənlər və yazanlar kifayət qədərdi. Mən bir gənc kimi belə düşünürəm ki, bu günün ən aktual problemlərindən biri ümumiyyətlə sahibsiz olan, həmçinin də uşaq evində böyüyən uşaq və gənclərin sonrakı taleyidir.

Onlar böyuyəndən və uşaq evlərini tərk etdikdən sonra nə dövlət, nə də cəmiyyət bu gənclərlə maraqlanmır, başlarına nə gəldiyini heç kəs bilmir. Onların taleyi cəmiyyət üçün nəinki maraqlı olmur, hətta dövlətin müvafiq orqanları da bu gənclərin taleyinə biganə yanaşır. Bu səbəbdən də uşaq evindən çıxan gənclər ya narkotikaya qurşanır, ya da müxtəlif səviyyəli cinayətkar əməllərə meyllənməklə həyatın dibinə yuvarlanırlar. Uşaq evlərində böyumüş qızların taleyi isə daha dəhşətli olur və onlar ya insan alveri ilə məşğul olan cinayətkar dəstələrin ovuna çevrilərək xaricə satılır, ya da yaşamlarını təmin edə bilmək ehtiyacından fahişəyə çevrilirlər. Bütün bunlara səbəb isə, bizim, bütövlükdə cəmiyyətin və dövlətin bu insanlara biganə yanaşmamızmızdan irəli gəlir. Son

“Uşaq evi – bura məni həyata döyüşçü kimi hazırlayan bir məktəb idi!!!”

Son illərdə həddindən artıq böyüyən və daha qabarıq görünən bu problem, təkcə məni deyil, bütün gəncləri narahat edən ən aktual məsələlərdən biridir. Hər zaman düşünürəm ki, görəsən bu işin məsuliyyətini kim daşıyır???!!!

Çoxumuz öv övladımızın başına hər hansı bir hadisə gələndə yerin altını üstünə çeviririk. Amma bu gəncləri düşünmür və ağlımıza belə gətirmirik ki, bir gün belə bir hadisə bizim də yaxınlarımızın başına gələ bilər.

Bu gün ölkədə müxtəlif adlar altında və çeşidli siyasi qurumların, eləcə də hakimiyyətin himayəsində fəaliyyət göstərən çoxlu gənclər təşkilatları var. Hər zaman sinələrinə döyüb deyirlər ki, biz çox iş görmüşük. Amma soruşanda ki, gördüyünüz işlər nədir? Susub baxır və yaxud təşkilatın üzvlərinin çoxluğunu gözə soxurlar. Mən, bəzən be gənclər təşkilatlarının vəziyyətini də düşünürəm, Gurultulu adlar var – konkret əməllər isə yox. Görəsən bu nə zamana qədər belə davam edəcək?!

Bu gün heç kəs kimsəsiz uşaqların və gənclərin taleyini düşünmək, həyat kitanbını oxumaq istəmir. Mən, bir gənc kimi bütün cəmiyyəti bu məsələyə diqqət yetirməyə çağırıram…
Bu xəbər oxucular tərəfindən 1215 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed