24.01.2020 [14:50] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.
81.Neftin qiymətində pessimist ssenari unudulmamalı: (31.05.2017)
Hesabatdan göründüyü kimi çətinliklərimizin bir qisminin dünyada neftin qiymətinin ucuzlaşması ilə bağlayıbdırlar. Bu qlobal problemdir,bizə də təbii ki ,təsiri vardır.Ona görə də bundan sonra da büdcədə təbii resursdan əldə ediləcək gəlirlərin hesablanması üçün həmin məhsul üzrə qiymətin pessimist ssenari üzrə müəyyən edilməsini iqtisadi artımın stimullaşdırılması məqsədilə kompleks tədbirlərin keçirilməsini təmin etməliyik. Bu yanaşmanın prioritet olması vacibdir.
82.İnvestisiyanın ÜMD-də payı artırılmalı: (31.05.2017)
Azərbaycan Respublikasında ÜDM daha çox investisiyaya köklənmiş inkişafı xarakterizə edir. Bu siyasət nəticəsində 2016-cı ildə investisiyanın ÜMD-də payı artmışdır.Amma bu nəticə qane edici sayıla bilməz və təbii resursların ucuzlaşdığı dövrdə artırılması qaçınılmazdır.
83.Ticarət əməliyyatlarının həcmi azalıb, idxal həcmi isə artmışdır. Amma biz idxalı azaltmalı, ixracı artırmalı idik(31.05.2017)
İdxalın strukturunda ərzaq məhsullarının payı yenə də çoxdur. Ən pisi budur ki, bunlar ölkədə istehsal oluna bilən məhsullardır.Görünür yenə də gömrükdə avtonom taariflərin tətbiq olunması ilə və digər üsullarla ölkə daxildə istehsal olunan məhsulların kənardan idxalını minimuma endirməliyik.
84.İstehsalçı və ixracatçı özəl sektorun inkişafına dəstək olmalı: (31.05.2017)
Xarici ticarətdə ixrac əməliyyatlarında özəl sektorun payı yenə də az olub. Xarici ticarətdə idxal əməliyyatlarında isə özəl sektorun payı daha çox olub.
Bu isə istehsalçı və ixracatçı özəl sektorun arzulanan səviyyəyə çatmaması deməkdir.Biz daha çox istehsalın artmasında maraqlı olmalıyıq.
85.Əyalət siyasətini kompleks tədbirlərlə stimullaşdırmalı: (31.05.2017)
Hesabatdan görünür ki ,hələ də bir çox rayonlar dotasiya ilə yaşayır ,əyalət siyasətini kompleks tədbirlərlə stimullaşdırmaqla,buna son qoymaq lazımdır,çünki elə rayonlar var ki ,onların potensialı imkan verir ki , nəinki dotasiya alsınlar,hətta büdcəyə əlavə gəlir gətirsinlər. Əyalət siyasətini kompleks tədbirlərlə stimullaşdırmaqla,bölgələrin planlı iqtisadiyyatını qurmaqla həm idxaldan asılılıq minimuma endirilər, daha çox rayon və şəhər mərkəzi xərclərdən azad olunar və burada qənaət olunan vəsait çox ehtiyaclı sahələrə yönəldilə bilər.
17-ci hissə

Bu xəbər oxucular tərəfindən 1046 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |