Şrift:
Prado Muzeyi hər il İspaniya iqtisadiyyatına 745 milyon avro qazanc gətirir
26.01.2020 [11:55] - Mədəniyyət
Milli muzeyin iqtisadiyyata töhfəsini müəyyən etmək məqsədi ilə aparılan tədqiqat 2018-ci ildən toplanmış məlumatlara əsaslanıb. Muzeyin ümumi iqtisadi töhfəsi onun büdcəsindən 16 dəfə, dövlətdən aldığı maliyyə yardımından 48 dəfə çoxdur. Qeyd edək ki, muzey 2018-ci ildə dövlətdən 15,3 milyon avro yardım alıb.
Muzeyin direktoru Migel Falomirin izahatına görə, iqtisadi tədqiqat nəticələri mədəniyyət sahəsində fəaliyyəti “tüfeyli” fəaliyyət hesab edənlərə cavabdır. Prado Muzeyinin 512 əməkdaşı var, lakin iqtisadi baxımdan muzey sayəsində mədəniyyət, nəqliyyat, mehmanxana və restoran biznesi sahəsində 9570 birbaşa və dolayı iş yeri yaradılıb.
2019-cu ildə muzey tarixi rekord müəyyən edib: onu 3,2 milyondan çox insan ziyarət edib. İspaniyanın əsas mədəniyyət ocağı olan Prado Muzeyi ötən il 200 illiyini qeyd edib. Onun kolleksiyasında təqribən 8000 rəsm əsəri saxlanılır.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 400 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed