26.01.2020 [12:28] - İdman
Respublika Olimpiya Mərkəzində keçirilən atletika üzrə 37-ci qış çempionatına yekun vurulub. Çempionatın ikinci günündə kişi və qadın atletlər 200, 800 və 3000 metr məsafələrə qaçış yarışlarında güclərini sınayıblar. Bundan başqa, atletlər üç təkanla, uzunluğa və hündürlüyə tullanma yarışlarında mübarizə aparıblar. Yarışların ikinci günündə kişilər arasında üçtəkanla tullanmada Rüstəm Məmmədov, uzunluğa tullanmada Yadulla İbrahimov və hündürlüyə tullanmada isə Aydın Bədəlov qalib adını qazanıblar. Qadınlar arasında isə uzunluğa tullanmada Yelena Pextireva, hündürlüyə tullanmada isə İlona Salyamova birinci yerə layiq görülüblər. Qaçış növləri üzrə kişilərin yarışında Rahib Məmmədov (60 sədlərlə qaçış), Teymur Salahzadə (200 m), İlham Abışov (800 m) və Əmrah Nağıyev (3000 m) birinci yerdə qərarlaşıblar. Qadınların yarışında isə Lamiyə Vəliyeva (200 m) və Anna Yusupova (3000 m) birinci olublar. Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.
DAVAM.AZ
DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 423 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |