26.01.2020 [17:25] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.
91.Biz belə məsələlərdə susqunluq nümayiş elətdirə bilmərik: (02.10.2017)
İraqda Kürd Muxtariyyatında keçirilmiş referendumla bağlı məsələyə olan münasibətdir ki, bunun bizə birbaşa dəxli vardır. Referendumdan dərhal sonra Dağlıq Qarabağda Ermənistan tərəfindən qurulmuş” hökümətin “ bu referenduma müsbət münasibəti oldu. Bərzaniyə bağlı televiziyalarda da dərhal bu münasibət bir neçə dəfə işıqlandırıldı. Üstəlik bundan bir müddət keçəndən sonra yenə həmin televiziyalarda Azərbaycan ərazilərinə iddialar olurdu. Naxçıvan ərazisi Kürdüstan ərazisi kimi göstərilirdi. Biz belə məsələlərdə təbii ki susqunluq nümayiş elətdirə bilmərik. Həm atılan o addımlara görə, həm kürd televiziyasında göstərilən Azərbaycan ərazilərinə edilən o iddiaya görə, Kərkük türklərinin rəhbərlərinin Azərbaycanında daxil olmaqla bütün Türk Cümhuriyyətlərinin rəhbərlərinə müraciətinə görə , Türkiyə ilə müttəfiq olduğumuza və Türkiyə ərazilərinin, Türkiyənin siyasətinin təhdid altına düşdüyünə görə. Və gördüyümüz kimi Azərbaycanın özünə qarşı da birmənalı şəkildə təhdidin başlanmasına görə bizim bu məsələ münasibətimiz olmalıdır. Mən kolleqanız Vahid müəllimin dediyi kimi Rusiya senatoruna münasibəti də bildirim ki, o da bu məsələlərdən ruhlanaraq Dağlıq Qarabağla bağlı Azərbaycanin suverenliyinə zidd ifadələr işədibdi.
92. Dağlıq Qarabağla bağlı dinləmənin olması çox vacibdir: (02.10.2017)
Mən hər il parlamentdə bu məsələnin gündəliyə salınmasını xahiş edirəm. Dağlıq Qarabağla bağlı məsələnin, xüsusi olaraq bir dinləmənin olmasını yenə də təklif edirəm. Hesab edirəm ki, şərtlər indi dəyişib və biz parlament olaraqdan bu məsələ ilə bağlı bir dinləmə keçirməyimiz (lap qapalı olsa belə) vacib hallardan birisidir.
93.Büdcə talamaları ilə bağlı məlumat verilməli: (02.10.2017)
Avantürist layihələr ilə götürülmüş kreditlərlə büdcə talamaları ilə bağlı biz burda dəfələrlə müzakirələr aparmışıq və bu məsələyə münasibətlər bildirilibdi. Amma bu məsələnin nə yerdə olması, o vəsaitin geri qaytarılması , büdcədən başqa vəsaitlərin oğurlanması ilə bağlı müzakirələr aparılması üçün də xüsusi bir iclasın keçirilməsini vacib hesab edirəm. Bu iclasda Baş Prokurorluğun, Korrupsuyaya qarşı Mübarizə İdarəsinin, eyni zamanda Mərkəzi Bankın nümayəndələrinin də deputatlara məlumat verməsi məncə məqsədə uyğun olar.
94.Qəsdən uşaq öldürülməsi, narkomanlığa təhrik etmə ilə bağlı cəzalarda güzəşt olmamalı: (20.10.2017)
121-ci maddədə ananın qəsdən uşağı öldürməsi ilə bağlı cəzada güzəşt nəzərdə tutulub, lakin mən hesab edirəm ki, bu olmamalıdır.
122.1-ci maddədə affekt halında adam öldürmə məsələsi ilə bağlı bildirmək istəyirəm ki, bu qəsdən adam öldürmədir və bunu bəhanə edib azadlıqda qalmaqla həmin adamlar yenə adam öldürməklə məşğul ola bilərlər. Məncə bu, adam öldürmə hallarının artmasına səbəb ola bilər. - Hər halda bu mənim subyektiv fikrimdir.
234-cü maddədə də güzəştlərin nəzərdə tutulması doğru deyil. Burda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma nəzərdə tutulur ki, məncə bu məsələdə güzəşt olunması doğru deyil və qəti şəkildə bu hallra qarşı mübarizə aparılmalıdır. Xəstə adamları müalıcə etmək başqa məsələdir, amma narkotik maddələri istehsal etmə, satma, yayma kimi hallarda cəzanın məhdudlaşdırılması doğru bir hal deyil.
236-cı maddədə isə narkomanlığa təhrik etmə faktıdır ki, bununla bağlı cəzalara da güzəşt edilməsi doğru deyil. Bu hallar gəncləri narkomaniyaya cəlb etmə, onların narkoman olması üçün yoldan çıxarılması, cəmiyyətdən ayrılmasına səbəb olur. Bu gənclər cəmiyyətin kisəsindən gedir. Ona görə də, məncə belə hallara qarşı qəti şəkildə mübarizə aparılmalıdır və burda da yüngülləşdirici hallar nəzərdə tutulmamalı, əksinə daha da qəti addımlar atılmalı, daha sərt cəzalar tətbiq olunmalıdır.
95.Narkotik istehsalına güzəştli mövqe nümayiş etdirmək olmaz: (20.10.2017)
Narkotik bitkilərin əkilməsi, becərilməsi, yayılması və s. hallarla bağlı cəzanı nəzərdə tutan 237-ci maddədə isə azadlığın məhdudlaşdırılması qoyulub, amma mənə elə gəlir ki, bunu hazırlayanda sanki kənd təsərrüfatının inkişafı ilə bağlı bir məsələ nəzərdə tutulub ki, plantasiyalar salınsın və kim nə qədər istəyir bu bitkilərdən əkib becərsin. Azadlığı məhdudlaşdırmaqla bu işlə məşğul olanları bir məkanda saxlayırsan, yəni sən bir ərazi hüdudu çərçivəsində nə qədər istəyirsən çətənə plantasiyaları sal, istehsalı ilə məşğul ol, gəlib topdan malı götürəcəklər. Məncə istehsalla bağlı olaraq, bu maddədə də güzəştli mövqe nümayiş etdirmək olmaz.
19-cu hissə

Bu xəbər oxucular tərəfindən 688 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |