Şrift:
Müdafiə Nazirliyi: Atəşkəs rejimi 23 dəfə pozulub
26.01.2020 [19:09] - Hərb
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndindəki mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq və Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Mərzili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed