Şrift:
Həmvətənlərimiz Fransada izdihamlı mitinq keçiriblər.
19.09.2012 [11:01] - Diaspor
Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə etriaz əlaməti olaraq sentyabrın 18-də Parisdə Ermənistan səfirliyi qarşısında Azərbaycan və qardaş türk icmalarının birgə izdiahmlı mitinqi keçirilib.

Xəbərə görə, Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı, “Azərbaycan işğal altındakı ərazilərini tezliklə azad edəcəkdir!”, “Ermənistan terrorçu dövlətdir!”, “Xocalıya ədalət!”, “Qarabağ bizimdir, bizim də olacaqdır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarların səsləndiyi mitinqdə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olan azərbaycanlı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ölkəmizin himni səsləndirilib.

Aksiaynı açan Fransadakı Azərbaycan icmasının fəal üzvü Mirvari Fətəliyeva-Pur mitinqdə Alamniyadan, İsveçrədən, İsveçdən, Hollandiyadan, Belçikadan, İngiltərədən, Lüksemburqdan Azərbaycan və türk icmalarının yüzlərlə üzvünün gəldiyini, Fransadakı azərbaycanlıların və türklətin də onlara qoşulduğunu diqqətə çatdırmış, ermənilər tərəfindən işğal edilmiş torpaqların tezliklə azad olunacağına inandığını, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində Avropa ölkələrindəki Azərbaycan və türk icmalarının fəallığının getdikcə artdığını, Xocalı soyqırımının unudulmayacağını bəyan edib.

Ölkəmizin ərazisinin 20 faizinin ermənilər tərəfindən işğal edildiyini, bir milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından silah gücünə zorla çıxarıldığını xatırladan Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı beynəlxalq qurumların siyasətini terror üzərində quran, ərazisini başqa bir ölkənin torpaqları hesabına genişləndirməyə can atan Ermənistanı dəstəklədiklərini, Azərbaycanın haqq səsini qulaqardına vurduqlarını bildirmiş, bütün dünya ölkələrinin beynəlxalq terrorizmə qarşı mübarizə apardığı bir vaxtda, Ermənistanın ASALA terror təşkilatını dəstəkləməsinin yolverilməz olduğunu diqqətə çəkmiş, insan hüquqlarından ağızdolusu danışan bəzi avropalı deputatların minlərlə azərbaycanlını qətlə yetirən erməniləri günahlandırmaq əvəzinə, ölkəsinin bayrağının təhqir edilməsinə dözməyərək erməni zabitini öldürdüyünə görə 8 il həbsdə yatdıqdan sonra Azərbaycana eksdasiya edilən Ramil Səfərovun prezident tərəfindən əvf olunaraq azadlığa buarxılmasından narahat olmalarından təəssüf hissi keçirdiyini bildirmişdir. T.Rüstəmxanlı Ermənistan Prezidenti Serj Sərkisyanın və həmin ölkənin digər rəhbər işçilərinin əllərinin yüzlərlə azərbaycanlının qanına bulaşdığını, onların indiyədək cəzasız qaldığını bəyan etmiş, belə təhlükəli və irticaçı dövlətə qarşı mübaizə aparmaq üçün Azərbaycan və türk icmalarını daha sıx birləşməyə çağırıb.

Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov Avropanın bir çox ölkəsindən gələn Azərbaycan icmaları üzvlərinin Parisdə isdihamlı mitinq keçirmələrinin güclü erməni lobbisinə qarşı çıxacaq bir qüvvənin yetişməsindən xəbər verdiyini, konqresin vitse-prezidenti Musa Pünhan, rəyasət heyətinin üzvü Elsevər Məmmədov, Almaniyadakı Azərbaycan icmasının üzvü Ramiz Baxşəliyev, Hollandiya-Azərbaycan-Türkiyə Kültür dərnəyinin rəhbəri İlhan Aqşin, Dünya Azərbaycanlıları Konqresinin keçmiş sədri Cavad Derəxti öz çıxışlarında vəhşiləşmiş erməni əskərlərinin işğal etdikləri ərazilərdə dinc yerli əhaliyə tutduqları divandan, hətta uşaqlara və qadınlara belə aman vermədiklərindən söhbət açmış, alman faşistləri ilə müqayisədə erməni əskərlərinin daha amansız olduqlarını, vətəndən uzaqda yaşamalarına baxmayaraq, lazım gəldikdə Mübariz İbrahimov və Ramil Səfərov kimi qəhrəmanların hərəkətlərini təkrar etməyə hazır olduqlarını, dövlətimizin yürütdüyü daxili və xarici siyasəti tam dəstəklədiklərini, üçrəngli bayrağımızın tezliklə Şuşada dalğalanacağına ümidvar olduqlarını bildirmişlər.

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı demokratik bir ölkə kimi tanınan Fransanın dünyaya nəhəng simalar- filosof-maarifçilər, şairlər və yazıçılar, rəssamlar və heykəltəraşlar verdiyini xatırlatmış, Avropa dövlətlərinin Azərbaycana qarşı ikili siyasət yeritdiyni xüsusi vurğulamış, Fransanın 20 ildən artıq ATƏT-in Minsk qrupuna üzv ölkələrdən biri olmasına baxmayaraq daim Ermənistanı dəstəklədiyini, bu işğalçı dövlətə hərtərəfli yardım göstərdiyini diqqətə çatdırıb.

S.Rüstəmxanlı 500-dən çox deputatı olan Avropa Parlamentinin 57 deputatının ermənini qətlə yetirən Ramil Səfərovun əfv olunaraq azadlığa butaxıldığına görə Azərbaycana qarşı qərəzli qərar qəbul etmələrinin təmamilə yersiz bir hərəkət, bağışlanmaz bir hal olduğunu, bir erməni zabitinə görə səsini qaldıran avropalı deputatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olan 30 min azərbaycanlının şəhid olmasına, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamasına, Xocalı soyqırımına göz yummaları yalnız təəssüf hissi doğurur. Hələ sübutunu tapmayan və erməni yalanları üzərində köklənən qondarma “erməni soyqırımı”nın inkarına görə insanlara cəza verilməsini dəstəkləyən Avropanın Xocalı soyqırımına siyasi qiymət verməkdən boyun qaçırması məgər ədalətsizlikdən xəbər vermirmi? Bəli, Avropa ölkələrinin əksəriyyəti ermənipərəst siyasət yürüdür. Artıq bu açıq şəkildə özünü büruzə veirir. Belə haqsızlığa, ədalətsiliyə qarşı Azərbaycan və türk icmaları birləşməli və birgə fəaliyyət göstərməlidirlər.

500-dən artıq Azərbaycan və Türkiyə türkünün iştirak etdiyi etiraz aksiyasının sonunda Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyannamə oxunub.
Bu xəbər oxucular tərəfindən 1254 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed