19.09.2012 [11:15] - Mədəniyyət
Dünən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) qarşısında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə təntənəli mərasim keçirilib.
Mərasimə Müslüm Maqomayevin “Azərbaycan” kompozisiyası ilə start verilib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin doğum gününün 1995-ci ildən etibarən prezident Heydər Əliyevin xüsusi sərəncamı ilə Üzeyir Musiqi Günü kimi qeyd edildiyini xatırladıb.
Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Üzeyir bəyin şərəfli həyat və yaradıcılıq yolundan danışıb. BMA rektoru, xalq artisti Fərhad Bədəlbəyli Azərbaycanın Üzeyir Hacıbəyli kimi bir dahi şəxsiyyəti olduğuna görə fəxr etdiyini deyib:
“Üzeyir bəy musiqimizin peyğəmbəridir. Onun ruhu indi çox narahatdır, çünki əsərləri Şuşada səslənmir. İnanıram ki, onun musiqiləri tezliklə müqəddəs Şuşada səslənəcək. Var olsun Üzeyir bəy!”
Çıxışlardan sonra məxsusi olaraq bu gün üçün hazırlanan konsert proqramı nümayiş etdirilib.
Xəbər xidməti

Bu xəbər oxucular tərəfindən 1281 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |