27.01.2020 [15:01] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputatlığa namizəd Fərəc Quliyevin dünən Qaraçuxur Mədəniyyət Sarayında seçicilərlə keçirilən görüşündə F.Quliyevə alternativ olan digər namizədlərdən bir neçəsi iştirak edirdi. Namizədliyini verdiyi ərazidə tərəfdarı olmadığından müəyyən bir auditoriya yarada bilməyən əlacsız namizəd Mehman Hüseynov F.Quliyevlə görüşə gələn seçicilər arasında öz təbliğatını aparmağa cəhd etdi. Rəqibinin auditoriyasında təbliğat cəhdi alınmayan namizəd zalda təxribat törətməyə çalışdı. Özüylə gətirdiyi 5-6 “bibi”-lər bir neçə dəfə tədbiri pozmaq məqsədiylə yerdən atdığı atmacalar seçicilərin sərt reaksiyası ilə qarşılaşdığından onun təxribat cəhdi də alınmadı. Əlacsız qalan deputatlığa namizəd çıxıb həyətdə bloqerlik etməyə başladı. Özüylə gətirdiyi “bibiləri” ilə Mədəniyyət Sarayının qarşısında bloqer kimi şou yaradan namizəd, rəqibinin seçicilərlə keçirilən faktiki anşlaqlı görüşünü güya ictimaiyyətdə gözdən salmağa çalışır. Lakin, namizəd M.Hüseynovun yaşı və təxribatçılıq təcrübəsi imkan vermir xəbəri olsun ki, “bibilər”-lə qurulan bu cür şouları 9 il əvvəl Əli Kərimli kimi böyükləri tətbiq edib və artıq köhnəlmiş belə təxribatlarla ictimaiyyəti çaşdırmaq olmaz.
Sarayın həyətində bloqerlik edən namizəd ona yaxınlaşıb müsahibə verən, fikir bildirən F.Quliyevin çoxsaylı tərəfdarlarından heç bir nəfərin də dediklərini yayımlamayıb. Hansı ki, səlahiyyətli nümayəndələr və vəkillərin müşahidəsi altında müsahibələr verilirdi. M.Hüseynov isə ancaq “bibiləri” ilə qurduğu şounu yayımlayıb.
Onu da qeyd edək ki, M.Hüseynovun küçədəki şousu seçicilər tərəfindən qınanıldı və sərt reaksiyalarla raslaşdı.
F.Quliyevin seçiciləri ilə keçirilən həmin görüşün sonunda M.Hüseynov Mədəniyyət Sarayının həyətində özüylə gətirdiyi “bibiləri” ilə şou yaradanda, seçicilərin F.Quliyevlə sarayın foyesində və həyətdə görüşü səmimi söhbətlərlə davam edirdi. F.Quliyevin ətrafına toplanmış izdihamda edilən yüzlərlə müraciətlər əsasən onun fəaliyyəti ilə bağlı edilən təşəkkürlərdən ibarət idi ki, bir saata qədər davam edən həmin söhbətlərin video görüntülərini və fotolarını təqdim edirik:
MDHP Mətbuat Xidməti

Bu xəbər oxucular tərəfindən 2064 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |