28.01.2020 [09:51] - İdman
Fevralın 1-2-də Bolqarıstanın paytaxtı Sofiyada kişilər arasında cüdo üzrə açıq Avropa kuboku turniri keçiriləcək.
Beynəlxalq Cüdo Federasiyasının verdiyi xəbərə görə turnirdə iştirak edəcək Azərbaycan komandasının heyətində 13 idmançı yer alıb. Yarışlarda ölkəmizi 60 kiloqram çəki dərəcəsində Oruc Vəlizadə, Rövşən Əliyev, Davud Məmmədsoy və Turan Bayramov təmsil edəcəklər. Nurlan Osmanov, Vaqif Tarverdiyev 66, Kənan Quluzadə, Paşa Əliyev, Mətin Rzazadə 73 kiloqram çəki dərəcələrində tatamiyə çıxacaqlar. Ağır çəkili cüdoçularımız - Araş Ağayi, Zaur Dünyamalıyev 90, Aslan Mirzəyev 100, İmran Yusifov 100 kiloqramdan yuxarı çəki dərəcələrində qüvvələrini sınayacaqlar.
İndiyədək 33 ölkədən 200-dən çox idmançı turnirdə iştirakını təsdiqləyib.
Cüdoçularımız bu ilin ilk nüfuzlu turnirlərindən biri olan Təl-Əviv Qran-Prisini medalsız başa vurublar.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 440 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |