29.01.2020 [10:37] - Hadisə
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsini davam etdirir. DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, saat 21:00 radələrində Xəzər dənizinin cənub istiqamətində Salyan reydində sahildən 3,5 mil (6 km) məsafədə olan “İdris” balıqçı gəmisindən gəmidə dəliyin əmələ gəlməsi və batma təhlükəsi ilə üzləşməsi və heyət üzvlərinin xilas edilməsinə ehtiyacın olması ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil
Sahil nəzarəti bölməsi dərhal operativ tədbirlər həyata keçirərək xilasetmə üçün həmin istiqamətə kiçik həcmli üzmə vasitəsi göndərib. Gəmidə dəliyin böyük olması səbəbindən dolan suyun qarşısını almaq mümkün olmayıb və dörd balıqçı 22:15 radələrində xilas edilib. Saat 23:00 radələrində gəminin batması müşahidə olunub.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslərin Neftçala rayon sakinləri gəmi kapitanı 1958-ci il təvəllüdlü Talıbov Ələsgər Məmmədəli oğlu, mexanik 1963-cü il təvəllüdlü Mikayılov Əlimədət Ağasadiq oğlu, matros 1962-ci il təvəllüdlü Əhmədov Ələddin Tapdıq oğlu, matros 1982-ci il təvəllüdlü Novruzov Əsgər Məhərrəm oğlu olmaları müəyyənləşdirilib.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |