29.01.2020 [11:02] - Hüquq
Gələcəkdə peşəkar hüquqşünas olmaq istəyənlər üçün “Hüquq və gənc hüquqşünaslar” layihəsinin müsahibə mərhələsi keçirilib. Dövlət Miqrasiya Xidmətindən (DMX) bildiriblər ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, DMX-nin, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyinin (“ELSA Azerbaijan”) və “ProDemos" İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılır. Müsahibədə biliklərini formalaşdırmaq və ölkədə inkişaf edən hüquq sahələri haqqında yeni biliklər əldə etmək imkanı qazanmaq istəyən hüquqşünaslıq ixtisası üzrə təhsil alan 90 tələbə iştirak edib. Nəticələr qısa müddət ərzində açıqlanacaq.
Qeyd edək ki, layihə çərçivəsində tətbiq olunacaq tədris proqramı hüquq sisteminin əsasları üzrə nəzəri biliklər, hüququn fərqli sahələri üzrə biliklərin zənginləşdirilməsi, nəzəri biliklərin tətbiqi üzrə təcrübənin formalaşdırılması istiqamətlərini əhatə etməklə gənclərin hüquqi biliklərinin artırılmasına və qazanılmış biliklərin tətbiqi üzrə peşəkarlıq təcrübəsinin mənimsənilməsinə dəstək verəcək.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 559 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |