Şrift:
Zurabişvili AŞPA-da ilk Türk qadın deputat Pərixanım Sofiyeva barədə danışıb
29.01.2020 [13:21] - Borçalı
“Gürcüstan gender bərabərliyi baxımından mütərəqqi ölkədir”. Bunu Gürcüstan prezidenti Salome Zurabişvili Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı deyib. Dövlət başçısının sözlərinə görə, Gürcüstanın 1921-ci il konstitusiyası ilə kişi və qadınlar üçün bərabər aktiv və passiv seçki hüququ təmin edilmişdi: “O zaman yerli özünüidarəetmə orqanlarına ilk müsəlman qadın deputat olmaqla beş qadın seçilmişdi”.
S.Zurabişvili Gürcüstanın hər yerində cəmiyyətin bütün səviyyələrində kişilər və qadınlar üçün bərabər münasibət və imnkanlar yaratmaqla bağlı öhdəlik daşıdığını deyib.
Qeyd edək ki, Gürcüstanda Türk Dünyasının ilk qadın deputatı mənşəcə türk olan Tiflisli Pərixanım Sofiyeva olub. O, müstəqil namizəd olaraq Tiflis qəzasından seçilib. P.Sofiyeva 1953-cü ildə vəfat edib. Onun Qardabani rayonunun Qaracalar kəndində yerləşən məzarı 2018-ci ilin iyun ayında abadlaşdırılaraq qəbrüstü abidə qoyulub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 669 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed