29.01.2020 [13:25] - Borçalı
Yerli azərbaycanlı gənclərin yaratdığı “Salam” adlı dəstək qrupu təşkilat kimi rəsmi qeydiyyata alınıb. Bu barədə təşkilatın təsisçiləri özləri məlumat yayıblar. Təşkilat Gürcüstan Ədliyyə Nazirliyinin İctimai Reyestr Milli Agentliyində “Salam Platforması” adı altında, qeyri-kommersiya hüquqi şəxs kimi qeydiyyatdan keçib.
Qeyd edək ki, “Salam” qrup olaraq ötən ilin oktyabrında Qardabanidən olan və erkən nikaha qarşı çıxdığına görə ictimai qınaqla üzləşən gənc müəllim Həmid Sadıxa dəstək məqsədilə yaradılıb. “Salam” platformasında yerli fəal azərbaycanlı gənclər təmsil olunurlar. Təşkilat bu vaxta qədər bir sıra tədbirlər, görüşlər və yürüşlər təşkil etməklə Gürcüstan ictimaiyyətinin diqqətini cəlb edə bilib.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 574 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |