Şrift:
Azərbaycan ziyalılarının "Sayokan" haqqında düşüncələri.
19.09.2012 [13:53] - Gündəm, İdman
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev

Müharibə şəraitində yaşayan ölkədə gənclərimizin fiziki inkişafı və onların psixoloji hazırlığı əsas şərtdir. "Mən özüm də vaxtilə idmanla məşğul olaraq respublika birinciliyinə qədər yüksəlmişəm. Hazırda bir sıra idman federasiyalarının fəxri prezidentiyəm. Bütün bunlara baxmayaraq, düşünürəm ki, hər millətdə olduğu kimi, biz də türk milləti olaraq öz idmanımızı yaşatmaq və inkişaf etdirməliyik.” Sayokan idmanının inkişafı üçün əlimdən gələn bütün köməkliyi edəcəyəm.

QƏNİRƏ PAŞAYEVA

Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü.


"Sayokan döyüş sənətinin Azərbaycanda inkişafından sevinirəm, bu istiqamətdə işlərin daha da sürətlənməsini vacib hesab edirəm. Bir millət vəkili olaraq, əlindən gələn dəstəyi göstərməyə çalışacaq”

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk "Azərbaycanın acısı bizim acımız, sevinci bizim sevincimiz" və Ümummilli Lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamlarını söyləmişdir. Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin bütövlükdə türk dünyası üçün çox önəmlidir. İki qardaş ölkənin tərəqqisinin digər türksoylu xalqlar, respublikalar və əslində bütün region üçün faydalıdı. Sayokan döyüş sənətinin son illərdə inkişafından çox məmnunam. Bu, sadəcə bir idman növü deyil, onun böyük fəlsəfəsi var. Gənclərimizin onu öyrənməsi və sahib çıxması olduqca vacib və əhəmiyyətlidir.Sayokan döyüş növünün son zamanlar Azərbaycanda da yayılmasından və inkişafından sevinir, bu istiqamətdə işlərin daha da sürətlənməsini vacib hesab edirəm. Bir millət vəkili olaraq, bu istiqamətdə əlindən gələn dəstəyi göstərməyə çalışacagam. Türksoylu xalqların ortaq dəyərlərinin inkişafında Azərbaycan həmişə maraqlıdır və bu işdə də öz töhfəsini verir. Ümid edirəm ki, tarixi köklərimizlə bağlı olan Sayokan türk döyüş sənəti Azərbaycan gənclərində yüksək maraq doğuracaq

NİZAMİ CƏFƏROV
Atatürk Mərkəzinin müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. BDU-nun ümumi dilçilik kafedrasının müdiri


"Ortaq dilimizi, Tariximizi və mədəni dəyərlərimizi özündə əks etdirən bu döyüş sənətinin ölkəmizdə inkişafı milli məfkürə baxımından olduqca lazımlıdır”

Son dövrlər türk birliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.Bütün bu addımlar türk birliyinin güclənməsi baxımından vacibdir, artıq Türkdilli Ölkələrin Parlament Assambleyası da beynəlxalq təşkilat kimi dünyada özünü təsdiq etməkdədir."Qloballaşan dünyada türk xalqlarının birliyinin güclənməsi olduqca aktualdır. Bu baxımdan, türk dövlətlərinin qarşılıqlı münasibətlərinin gücləndirilməsi və onların yaratdıqları təşkilatların beynəlxalq fəaliyyəti istiqamətində atılan addımlar önəmlidir” Hesab edirəm ki Türk xalqlarının Döyüş Sənəti kimi özünü təsdiq edən SaYoKan, Idman mədəniyyəti baxımından böyük bir nailiyyətdir. Dilimizi, Tariximizi və mədəni dəyərlərimizi özündə əks etdirən bu döyüş sənətinin ölkəmizdə inkişafı milli məfkürə baxımından olduqca lazımlıdır.Türk xalqları həmişə bu dünyada harmoniya axtaran olub. Həmişə dünya xalqlarını ortaq ünsiyyətə gətirə bilən olublar. Dünyaya açıq olublar. Müxtəlif dilləri öyrənmişik, mədəniyyətləri qəbul etmişik. Düşünürəm ki, bundan sonra da dünya bizi lazımi səviyyədə qəbul etməlidir. O cümlədən idman sahəsindədə bizim xüsusi imzamız olmalıdı.Bu nöqteyi nəzərdən Türk Döyüş Sənəti – SaYoKan olduqca lazımlı bir vasitədir.

FUAD MURADOV
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
"Sayokan Türk Döyüş sənətini Azərbaycanda yayılmasına və inkişafına biz öz tərəfimizdən lazımı dəstəyi verəcəyik”.


Azərbaycanla Türkiyə hər zaman tarixə söykənən qardaşlıq münasibətlərinin inkişafı istiqamətində ciddi addımlar atıblar. Bu gün də həmin addımlar Azərbaycan və Türkiyə prezidentləri tərəfindən yüksək şəkildə davam etdirilir.İstər idman, istər mədəniyyət, istər digər sahələrdə daim bir-birimizə dəstək verməyə həmişə hazırıq. Ortaq dəyərlərimizin inkişafında Azərbaycan həmişə maraqlıdır və bu işdə də öz töhfəsini verir. Düşünürəm ki, Sayokan Türk Döyüş növünün Azərbaycanda yayılmasına və inkişafına biz öz tərəfimizdən lazımı dəstəyi verəcəyik”.

VİLAYƏT HÜSEYNOV
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət qulluğu Məsələləri üzrə Komissiyanın Aparatının rəhbəri


İdmana qayğı dövlətimizin prioritet məsələlərindən biridir.İdman və bədən tərbiyəsi insanın yalnız fiziki gücünü deyil, eyni zamanda, ruhunu yeniləyir, ona inam və qətiyyət gətirir.Ölkəmizdə idmanın və bədən tərbiyəsinin kütləviliyi, əslində sağlam nəsillə bərabər, həmdə vətənpərvər gənclik yetişdirmək missiyasını daşıyır. Bu səbəbdəndə əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan idmana qayğı siyasəti bugün onun davamçısı-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Məhz cənab Prezidentin təşəbbüsü ilə 2012-ci ilin "İdman ili” elan edilməsidə bu səbəblərdən qaynaqlanır. "Sayokan” Döyüş Növləri Mərkəzinin ”-ində təsis edilməsi türk millətinə xas olan Sayokan döyüş növü ilə məşğul olan idmançılarımız üçün böyük töhfədir. Arzu edirəmki, milli ruhda olan bu idman növünün təbliğatçısı olan jurnalınız daim idmançılarımızın qələbələrini işıqlandırsın.Sizə uğurlar diləyirəm.

PƏRVİZ ELAY
"Millətçilik" qəzetinin baş redaktoru


"SAYOKAN” döyüş növləri mərkəzinin Azərbaycanda fəaliyyətə başlaması müstəqillik dövründə Vətənimizin idman sahəsindəki tərəqqisinin bariz nümunələrindən biridir. Ümumbəşəri və milli mənəvi dəyərlərə əsaslanan "SAYOKAN”ın fəlsəfəsi yetişən gənc nəsillərimizdə sağlam ruhu və mənəviyyatı formalaşdırmaqda böyük önəmə malikdir. Xalqımızın özünəməxsus dəyərlərinə əsaslanan nadir milli idman növlərimiz kimi də "SAYOKAN” gənclərimizdə Vətənə və Dövlətə sevgi, yaşlıya hörmət, insanpərvərlik, nizam-intizam, maariflənmə və d. yüksək mənəvi keyfiyyətləri aşılamaqda əvəzsiz bir fiziki və mənəvi təkmilləşmə sistemidir. Dünya üzrə şəbəkələrə malik "SAYOKAN” öz sıralarında müxtəlif millətlərin minlərlə nümayəndələrini birləşdirməklə həm də beynəlxalq səviyyədə Azərbaycanın da əsas tərkib hissəsi olduğu Türk Dünyasının yüksək keyfiyyətlərini təbliğ etməkdədir. Fəaliyyətinə daim uğurlar dilədiyimiz "SAYOKAN” qloballaşan dünyada Türk Dünyasının inteqrasiyası üçün töhvəsini verməkdədir.

ANAR XƏLİLOV
"Sağlam İnkişaf və Maarifləndirmə İctimai" birliyinin sədri


Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzi yarandıgı 2009-cu ildən bu günə kimi öz feallığı ilə seçilir. Bu gün Azərbaycanda idmanın aparıcı növləri üzrə federasiyalar mövcuddur. Onların bir çoxunun uğurlu fealiyyəti və çoxlu nailliyyətləri vardır. Inanırıq ki, Azərbaycan Sayokan Döyüş Novləri Mərkızi də tezliklə federasiya status alacaq və öz sözünü deyəcək. Azərbaycanda bu federasiyanın yaranmasının bir əhəmiyyəti də bu döyüş növünün Türk xalqlarına mənsub olmasıdır.Bu döyüş növü biz Azərbaycan türklərinin də idman tarixinin bir hissəsidir. Tez bir zamanda ətrafına çoxlu sayda gənc idmançılar toplamış bu idman mərkəzi inanırıq ki, gələcəkdə bü günkü naliyyətlərindən daha böyük nailliyyətlər qazanacaq. Bu idman növunun Azerbaycanda yaranmasını və inkişaf etməsini dəstəkləyirik və bu işdə xidməti olanlara minnətdarlıgımızı bildiririk.Tanri millətimizi qorusun!!!


Mübariz Göyüşlü
"Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri


Uzun müddət müstəmləkə əsarətində yaşamaq Azərbaycan türklərinin milli şüurunda, özünüdərk məsələlərində problemlər yaratmışdır. Sovet imperiyasının çökməsi milli şüurun oyanmasına, millətimizin öz keçmişinə, mədəniyyətinə, dilinə, dininə diqqətini artırmasına səbəb olmuşdur. Türklük idelogiyasına maraq oyanmış – Türklüyün mədəni, elmi, ictimai, siyasi, dil və s. istiqamətlərində çoxsaylı işlər həyata keçirilmiş və onlar bu gün də davam etməkdədir.Belə istiqamətlərdən biri də idmanla bağlıdır. İdmanın dünyadakı roluna diqqət yetirdikdə SAYOKAN Türk döyüş sənətinin mövcudluğunun nə qədər mühüm olduğu gözlərimizin önündə canlanır. Bu idman növü ilə məşğul olanların sağlam və güclü formalaşması, üstəlik Türklük şüurunun təsiri altında olmaları böyük üstünlükdür.Çətin bir şəraitdə də olsa SAYOKAN döyüş növünün dörd ildir ki, Azərbaycanda fəaliyyətinin təmin edilməsi, onun bu günə qədər yaşadılması böyük fədakarlıqdır. Bu münasibətlə bütün fədakar SAYOKAN-çıları başda Azərbaycandakı Mərkəzin rəhbəri Vasif Namazov olmaqla təbrik edirəm, işlərində uğurlar arzulayıram. Ümid edirəm ki, sizlərin fəaliyyəti və gördükləri çalışmalar ilbəil genişlənəcək və biz tezliklə Azərbaycan SAYOKAN Federasiyasının qurulmasının, onun təşkilatçılığı ilə daha geniş və beynəlxalq miqyaslı yarışların, gənc nəslin sağlam şəkildə böyüməsində oynadığı rolun şahidi olacağıq. Bir daha təbrik edərək, fəaliyyətinizdə uğurlar arzulayıram.

HƏBİB ƏLƏKBƏRSOY
Türk Hərəkatı İctimai Birliyinin sədri


Türkün ruhunda döyüşkənlik olduğu kimi, döyüşün fəlsəfəsində də türkün ruhu var. Orta əsrlərdə türk dilinə döyüş dili, hərb dili deyilirdi. Türk ədalət uğrunda, Vətən və millət uğrunda döyüşürdü. Bu ruh qədim və müasir türk marşlarında da özünü göstərir. Türk dövlətlərinin himnlərində Türkün yolu və bu yolda canını, qanını qurban etməsi fikirləri var ki, buna da demək olar, ancaq bizim millətə məxsus fəlsəfi marşlarda rast gəlinir.Misal üçün Azərbaycan Respublikasının himnindən bir misraya diqqət yetirək:

Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Burada «Səndən ötrü» - bizim yolumuzu, «can verməyə» və «qan tökməyə» ifadələri isə, müqəddəs saydığımız yolda edə biləcəklərimizi ifadə edir. SAYOKAN-ın həm adında, həm də fəlsəfəsində bu rüh özünü göstərir. SAVAŞÇININ YOLU VƏ QANI Türkçülük və Türklük fəlsəfəsinin əsasını təşkil edir.SAYOKAN müasir bir döyüş növü olsa da, özlüyündə və üslubunda qədim türk döyüş sənətini əks etdirir. SAYOKAN - qədim türk döyüş sənətinə əcnəbi xalqların və müxtəlif dinlərin zorla yeridilmiş fəlsəfələrindən arınma deməkdir. SAYOKAN qədim türk döyüş sənətinə türkün öz ruhunu, fəlsəfəsini və dəyərlərini qaytaran bir döyüş sənətidir. SAYOKAN-da şəkilə, heykələ biət etmək yoxdur, özünü eybəcər hallara salmaq yoxdur, SAYOKAN-da zəifi, gücsüzü müdafiə etmək var, özünə və ətrafdakılara hörmət var, qadının özünü asanlıqla necə qoruması var. İlk dəfə də, mənim diqqətimi SAYOKAN məhz bununla cəlb etdi. SAYOKAN sıralarına daxil olarkən isə gördüm ki, burada fiziki və mənəvi cəhətdən layiqli türk əsgərləri yetişdirilir. SAYOKAN təlimləri sanki, Qarabağın azadlığına hesablanır. Bəlkə də, elə bu səbəbdən Azərbaycan SAYOKAN-çıları qatıldıqları bütün yarışlarda ən yüksək göstəricilərlə Vətənə dönürlər. SAYOKAN Idman Federasiyasi demək olar ki, ölkəyə ən çox medal gətirən federasiyalarından biridir. Bu isə təbii ki, təkcə SAYOKAN-nın yox, bütün Azərbaycanın nailiyyətidir. Ümumiyyətlə, SAYOKAN-nın inkişafı bütövlükdə Türk millətinin uğurudur.


ƏKBƏR QOŞALI
yazıçı-publisist


Dəyərli soydaşımız Vasif Namazov və onun başçılıq etdiyi Sayokan türk döyüş sənəti təşkilatı haqqında ilk dəfə mətbuatdan eşitmişdim. Daha sonra mətbuatda ismini ardıcıl olaraq "təqib etməy”ə başladım və bu izlənim nəhayətdə Vasif Namazovla şəxsi tanışlıq və dostluğa dönüşdü.

Mənimçün Azərbaycanın (Azərbaycanlıların), Türkün, Şərqin özündə(n)yaradılmışlar, öz­ya­ratdıqlarımız doğ­madır, əzizidr. Yad mədəniyyətlərin arxasınca getmək, özgələrin yaratdıq­la­rından başqasını gör­məmək narahatçılıq doğuran hallardır. Özəlliklə ona görə ki, biz dünyanın ən qədim, köklü xalqlarından biri olaraq zamanında bəşər üçün böyük önəm daşıyan olaylar ya­ratmış, sistemlər, dövlətlər qurmuş, başarılı kəşflər etmiş, gərəkli strukturlar formalaşdırmışıq... Dünya svi­liza­siyası, mədəniyyəti, tarixi Azərbaycanın (Türkün, Şərqin!) əsəri olan, bir çox hal­larda başqa ad və ünvanlarla tanınan o qədər olaylara səhnə olub ki..! – Bunları nəyə görə de­yirəm? – Vasif Na­mazov və onun başçılıq etdiyi Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzi(Sayokan Federasiyası) mənimçün doğma ha­di­sə olaraq də­yərlidir. Respublikamızın Sayokanla tanışması qürurverici hadisədir.

Ayrıca, "Sayokan”çıların Azərbaycan gənclərinin sağlam bədəndə, sağlam ruhda, milli ruhda böyüməsi naminə həyata keçirdikləri tədbirləri, habelə respublikamızı xaricdə keçirilən idman yarışlarında uğurla təmsil etməsini şükranlıqla qeyd etməliyəm.Fürsətdən istifadə edib, Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin(Sayokan Federasiyası) Azərbaycanda fəaliyyətə başlamasının 10 ili münasibəti ilə bütün Sayokançıları qutlayır, ən xoş arzulayıram.

ASİM-DER Genel Başkanı Göksel GÜLBEY
Uluslararası Asılsız Ermeni İddialarıyla Mücadele Derneği (ASİM-DER)


Unutmayalım ki! Bir Milleti var eden dili, milli bayramları ve Kültürüdür. Sizlerinde, yapmış olduğunuz SAYOKAN sanatı özbe öz yüce Türk Milletinin kültürüdür ve yüce milletimize has bir dövüş sanatıdır. Dünya tarihinde devamlı önemli notlar düşen bu yüce milletin kültürel yöndende çok katkısı olmuşdur dünya milletlerine, unutulmuş bu kültürlerin günümüzde tanıtılması ve aktarılması görevini yapmanızdan dolayı kendim ve teşkilatım adına teşekkür ederim. bu kültürel faaliyetin Türkiye ve Azerbaycan ilişkilerinde sizinde çabalarınızla dahada ileri gideceği düşüncesiyle, unutmayalım, Kültürler malumunuzdur ki önce kültürleştirme hareketi olarak başlar, milletlerin kabulü ve belli bir süreden sonrada milletin kültürü olurlar. Örneğin yağlı güreşimiz, Türklerin Anadolu’ya gelmelerinden sonra başlamıştır. Oysa Orta Asya’da güreşlerimiz, aba, kuşak ve kuraş güreşleridir. Yağlı güreşimiz 643 yıl önce bir kültürleştirme hareketi, faaliyeti olarak başlamış, bu gün ise kültürümüzün bir parçası olmuştur. Türk savaş sanatı "SAYOKAN” da bu anlamda ve bu alanda bir kültürleştirme hareketidir. Uluslararası Asılsız Ermeni İddialarıyla Mücadele Derneği (ASİM-DER) olarak elimizden gelen tüm desteği vereceğimizi bilmenizi istiyoruz..saygı ve sevgilerimle.

Sefer KARAKOYUNLU Başkan
İstanbul Türkiye Azerbaycan Derneği Yönetim Kurulu Adına


Toplumun en önemli göstergelerinden biride spordur. Türk Sporu SAYOKAN’ın Dünyada dostluk ve kardeşlik adına yükselerek gelişmesini, Dünyada barış ve dostluğun gelişmesi adına örnek bir spor olmasını, Türk Dünyası gençlerine gelecekte spor adına yön vermesini dilerken, bu sporun sadece gösteriş için veya yarışmada kazanmak adına çaba sarf edildiği kadar, rakibe karşı centilmenlik ve hoşgörü çerçevesinde sporcuya layık bir şekilde yapılması temennisiyle hoşgörü ve saygının simgesi olmalıdır.Sporda başarı sadece beden kabiliyetinin bir üstünlüğü sayılmaz. İdrak, ahlâk ve milli şuurun göstergesi olmalıdır. Ulu Önder Gazi Mustafa Kemal Atattürk’ün dediği gibi "Ben Sporcunun zeki çevik ve aynı zamanda ahlâklısını severim”.Tüm sporlarda olduğu gibi SAYOKAN sporunun da bu çerçevede yapılması dileğimizdir.Her çeşit spor faaliyetinde olduğu gibi SAYOKAN’ın Türk gençliğinin milli terbiyesinin ana unsurlarından saymak lâzımdır. Türk gençliğinin spor bakımından da milli heyecan içinde, yetiştirilmesi Türklük Milli gururu ve şuuru bu sporla birlikte benimsetilmelidir. Türk milleti doğuşdan sporcudur. Anadolu’da daha yeni yürümeye başlayan köy çocuklarının köy harman yerinde güreştiklerini görürsünüz.Dünyada spor hayatı ve spor çok mühimdir. Bu kadar mühim olan spor hayatı, Türk dünyası için çok önemlidir. Mümtaz Türk gençliğini bu spor alanında kendilerini yetiştirerek ülkelerini üstün başarılarla temsil edeceğine inanıyorum. SAYOKAN Sporunun gelişmesi adına çalışmalarda buluna emek sarf eden ve gelişmesine katkı sağlayan herkese başarılar diler saygılar sunarım.Gençlik geleceğimizdir.
Bu xəbər oxucular tərəfindən 1658 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed