29.01.2020 [16:02] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.
106.Xocalı soyqırımı ilə bağlı etiraz tələbi: (23.02.2018)
Hollandiyada erməni soyqırımı ilə bağlı qanun qəbul olunub. Mən təklif edirəm ki, Milli Məclis Xocalı soyqırımı ilə bağlı olan müvafiq sənədləri və bir etiraz məktubunu Hollandiya hökumətinə göndərsin və bildirsin ki, yaxın tarixdə, hamının gözü qarşısında baş vermiş soyqırımdır, buyurun, bunu tanıyın. O digər soyqırım kimi tanıdığınız hadisəni də Türkiyə tərəfdən təklif olunan komissiya ilə araşdırın. Məncə Milli Məclis bu məsələyə biganə qalmamalıdır.
107.Monopolistlərə qarşı mübarizəyə çağırış: (23.02.2018)
Bayram qabağı bahalaşma ilə bağlı olaraq bu məsələ nəzarətə götürülməlidir. İndi qarşıdan Novruz bayramı gəlir, bizim adət-ənənəmizə uyğun olaraq başqa bayramlarda olmasa da bu bayramda hər kəs süfrəsini biraz zəngin saxlamağa çalışır. Bizdə bu qədər qeyri-neft məhsulları, kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda bazarda qiymətlər enməlidir, çünki daxildə istehsal çoxdur. İstehlakçılar artıq daxili bazardan tələbat malları alırlarsa, demək ki ,xaricə nisbətən daha ucuz qiymətlərə alırlar. Ucuzlaşma əvəzinə bahalaşmanın olması absurd bir məsələdir, mən hesab edirəmki, müvafiq icra strukturları yenə monopolistlərə qarşı mübarizədə səfərbər olmalıdırlar.
108.Neft amili asılılığından qurtulmalı: (16.03.2018)
2018-ci ilin büdcə proqnozlaşdırmalarında neft fondundan transfertlərin həcminin 50% -dən çox artırılması və dövlət büdcəsinin artımında neft gəlirlərinin payının 97% yer alması yenidən neft siyasətinə üstünlük vermək deyilmi?
ABŞ bu ildən neft hasilatını artıtacaq .Bu və başqa bu kimi amilləri də nəzərə alan məşhur araşdırma mərkəzləri tərəfindən neftin yenidən ucuzlaşacağı proqnozlaşdırılır.Yenidən neft amilini önə çəksək ,köhnə problemləri yenidən yaşayarıq.
Ona görə də Hökumət strateji yol xəritəsini həyata keçirməkdə davamlılıq nümayiş etdirməli,islahatlaradan çəkinməməlidir.
109.Hökumətə hesabat zamanı suallar: (16.03.2018)
Hörmətli Hökumət üzvlərinin bir neçə məsələyə də aydınlıq gətirməsini istəyirəm.
-Problemli kreditlərlə bağlı 2017-ci ildə heç bir yeni addım atılmadı.Bu il bu istiqamətdə hansı işlər görüləcək?
-Beynəlxalq bank və s. yerlərdən oğurlanmış vəsait və avantutist layihələr üçün ayrılmış fantastik rəqəmlərlə ifadə olunan kreditlərlə bağlı işlər görülürmü ?bu vəsaitlər büdcəyə qaytarılırmı?Ümumiyyətlə bu işlər nə yerdədir.
-Özümüzdə istehsal olunan istehlak mallarının eyni adlıları kənardan ölkəyə gətirilir,yerli məhsul bölgələrdə sıradan çıxır.Vətəndaşlarımızın yerli məhsulla tarla-bazar -sufrə əlcatanlığını təmin etmək üçün,həm də yerli istehsalçıya stimul vermək üçün gömrukdə avtonom taariflərdən istifadə etməklə olmazmı?
-Cənab Baş nazir də bildirdi və bunu hamımız da bilirik ki,keçən il İşğal olunmuş ərazilərin azad olunması ilə bağlı irəliləyiş olmadı. Hökumətin İşğal olunmuş ərazilərin azad olunması ilə bağlı yeni bir fəaliyyət proqramı varmı?
110. 43 nəfər siqnator deputatla bağlı : (25.04.2018)
100 illiklə bağlı Milli Məclisin özünə də bir xatirə medalının müəyyənləşdirilməsi vacibdir. Həmçinin 91-ci ildə Müstəqillik aktı ilə bağlı qəbul edilmiş sənədlər vardır ki, o dönəmlə bağlı da tədbirlərin nəzərdə tutulması yerinə düşər. SSRİ-nin saxlanılmasına etiraz edən 43 nəfər deputat vardır və rəhmətlik Heydər Əliyev də onların arasında idi. Onlarla bağlı müəyyən tədbirin görülməsi məncə vacibdir.
111. 100 illiklə bağlı: (25.04.2018)
Müstəqillik aktının qəbul olunması o dönəmdə 91-ci illərdə müstəsna hal idi. Bu bir dəfə olan hadisədir. Müəyyən nazirliklərlə bağlı ki, qərar qəbul etmişik- 100 illiklə bağlı xatirə medalları, ordenlərin təsis edilməsi - bunların hamısının tərəfindəyəm və təbii ki, səs verəcəyəm. Amma Milli Məclisin üzvləri bu məsələdə təvazökar davranır, fikir bildirmir. 100 illiklə bağlı Milli Məclisdə də oxşar tədbirlərin görülməsi vacibdir. Həm SSRİ-nin saxlanılmasının əleyhinə olan 43 nəfər haqqında müəyyən tədbirlərin görülməsi , həm də indiki parlament də, o zamanki parlament də daxil olmaqla məncə bir xatirə medalının təltif edilməsi yerinə düşər.
112. Müstəqillik aktının müəlliflərinə münasibət: (01.05.2018)
Çıxışlarda 90-cı illərdə parlamentdə fəaliyyət göstərmiş demokratik blok haqqında fikri bildirildi. Demokratik blok 25 nəfərdən təşkil edilmişdir və bu adamlar təbiiki, xalq cəbhəsinin fəalları idilər . Üstəlikdə ,bir əsasnamə ilə qanuni fəaliyyət göstərilirdi, bu əsasnamə təsdiq olunmuşdu. Dünyanın hər yerində faksiya fəaliyyəti mövcuddur. Bütün parlamentlərdə fikir müxtəlifliyini məhz faksiyalarda ifadə edirlər. Qanunvericilik təşəbbüsü ilə çıxış edirlər. O dönəmdə bütün milli maraqları ehtiva edən fikirlər məhz demblokdan gəlirdi. İndi onu gözdən salmaq üçün müəyyən fikirlər demək doğru deyil. Üstəlikdə SSRİ-nin saxlanılmasının əleyhinə olan 43 nəfərdən 25-i məhz demokratik blokun üzvü idi. Təkcə demokratik blokun üzvləri SSRİ-nin saxlanılmasının əleyhinə səs verməmişdilər. Həm də Heydər Əliyev və bir qrup bitərəf və kommunist partiyasının üzvləri də SSRİ-nin saxlanılmasının əleyhinə səs vermişdi və istiqlalçı idilər. İndi deyirlərki bunun istiqlalçı deputat olmağa nə adiyyatı var və istiqlala hamı səs verib .Amma məsələ burasındadırki o dönəmdə SSRİ-nin saxlanılmasının lehinə səs verənlər istiqlalın əleyhinə idilər, təbii ki. SSRİ-nin saxlanılmasının əleyhinə olmaqsa istiqlalçılıq idi. Bu davranışlar sinonim davranışlardır, o səsvermə ilə ki müəyənləşib. Üstəlikdə .o dönəmdə yadınızdadırsa SSRİ-nin saxlanılması haqqında referendumun Naxçıvanda keçirilmədi, Rusiyanın ordusunun təksilah olunması, əmlakının müsadirə olunması həyata keçirildi. Yəni, məsələ burasındadırki o dönəmdə SSRİ-nin saxlanılmasını istəyənlərin bir qisminin sonradan məcbur olub istiqlaliyyət aktına, müstəqillik aktına səs verməsi artıq xalqın kənardan olan basqısının nəticəsi idi. Artıq hakimiyyət xalqın əlində idi, başqa cür davranışda mümkün deyildi. Ona görə o dönəmdə aparılan mübarizəni, müstəqillik aktının qəbul olunmasını, müstəqillik aktına qədər o referendumun SSRİ-nin saxlanılmasının əleyhinə olan 43 nəfərin fəaliyyətini kiçiltmək olmaz. O dönəmdə bu zalda mən də ,demblokun digər üzvləri ilə birlikdə aclıq elan edəndə bizi burdan kənara çıxarırdilar, basqılar yapırdılar, və s. Amma bu 43 nəfərdən başqa digərləri təbii ki SSRİ-nin saxlanılmasına səs vermişdilər, SSRİ-nin qalmasını istəyirdilər. Ona görə də 43 nəfər istiqlalçı deputatdır və onlara layiq olduğu münasibət göstərilməlidir. Söhbət bu adamlara bir medalın, ordenin verilib verilməməsindən getmir. Hər halda onların arasında xəstələri var, pensiyaya ehtiyacı olanlar vardır və belə adamlara diqqətli yanaşıımalıdır. Biz tariximizi təhrif olunmuş formada təftiş etməli deyilik , bu bizim tariximizdir və şərəfli bir tariximizdir.
113.Büdcədən yayındırılan və oğurlanmış vəsaitlər geri qaytarılmalı: (18.05.2018)
Bir çox nazirliklərlə bağlı da araşdırmalar onu göstərir ki, Hesablama Palatası orda olan çatışmamazlıqları da çox normal şəkildə üzə çıxarıbdı və onların aradan qaldırılması üçün də müəyyən tədbirlərin görülməsi mümkündür.
Amma büdcədən yayındırılan vəsaitin və yaxud da oğurlanmış vəsaitlərin geri qaytarılması ilə bağlı olaraq müəyyən miqdarda vəsaitlər göstərilsə də, bir çox sahələrdə götürülmüş vəsaitlərin geri qaytarılması ilə bağlı olaraq xüsusi bəndlər yoxdur və vəsaitlər göstərilmir. Mən hesab edirəm ki, bəlkə hər dəfə yeni hesabat təqdim olunanda köhnə dönəmdə təqdim olunmuş hesabatlarda götürülmüş vəsaitlər və geri qaytarılmalı olan vəsaitlər haqqında da müəyyən bir bəndin salınsa daha yaxşı olar. Həm də göstərilən yayınmalar və yaxud da səlahiyyətindən sui-istifadə edib və vəsaitləri fərqli istiqamətlərdə xərcləyənlər, yaxud da israfçılıq edənlər haqqındakı qaldırılan məsələlər müvafiq orqanlara təqdim olunubsa, onlar haqqında görülmüş tədbirlərlər də hər dəfə yeni hesabata daxil olunsa daha yaxşı olar.
114.Strateji Yol Xəritəsi ilə müəyyən nazirliklər ayaqlaşmır: (31.05.2018)
2017-ci ilin dövlət büdcəsinin icrası haqqında danışanda təbii ki, ilk növbədə cənab prezidentin təqdim etdiyi Strateji Yol Xəritəsi ilə bağlı fikirlər bildirilməlidir. Bu çox unikal bir sənəddir və hesab edirəm ki, bu sənəd hətta müəyyən qədər həyata keçirilsəydi çox ciddi məsələlərin, problemlərin aradan qalxması da bugün reallaşardı. Mən niyə həyata keçsəydi deyirəm, çünki rəsmi strukturların verdiyi hesabatlardan da görünür ki, hətta bu sənədin ən yaxşı icra olunduğu aylarda belə 27-29% sənədin həyata keçməsi təmin olunubdu. Bu o deməkdir ki, bu konseptual sənəd ilə icra strukturları, müəyyən nazirliklər demək olar ki, ayaqlaşmır. Bunu bütün nazirliklərə şamil eləmək olmaz.
115.Neftə bağlılıq köhnə problemləri yeniləyər: (31.05.2018)
2018-ci ilin dövlət büdcəsinin artımında ,yenə də artımın 97%-i neftlə bağlı gəlirlərə bağlanıbdır. Əgər biz yenə də neftə bağlı məsələlərə qayıtsaq köhnə problemlər yeni formada təzahür edəcək.
Burda qeyd olundu, büdcənin neftdən asılılığı artıq aşağı rəqəmlərlə ifadə olunmağa başayıb. Amma məncə, bu yetərli sayıla bilməz. Ümumiyyətlə bu çatışmamazlıqların aradan qaldırılması üçün imkanlar vardır və sadəcə olaraq ciddi şəkildə bu məsələlərin üzərinə getməyə ehtiyac qalıbdı.
21-ci hissə

Bu xəbər oxucular tərəfindən 1010 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |