Şrift:
Şəki və Gəncə seçiciləri seçki hüquq ilə bağlı məlumatlandırılıblar
30.01.2020 [12:03] - Hüquq
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki və Gəncə regional mərkəzləri seçki hüququ ilə əlaqədar tədbir keçiriblər.
Qurumdan bildiriblər ki, Qax rayonunun Qaratala kəndində Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşlarının və yerli icra qurumlarının nümayəndələrinin, sakinlərin iştirakı ilə “Seçki hüququ fundamental vətəndaş hüquqlarından biridir” mövzusunda təşkil olunan tədbirdə ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı ətraflı məlumat verilib.
Tədbir iştirakçıları Azərbaycanın seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar, seçki hüququnun prinsipləri, seçkilərlə bağlı vətəndaşların hüquq və vəzifələri barədə məlumatlandırılıblar. Həmçinin Ombudsmanın Gəncə Regional Mərkəzi və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə parlament seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüş olub. Seçki hüququ üzrə maarifləndirici tədbirdə Seçki Məcəlləsinin müddəaları, səsvermə prosesinin təşkili, seçicilərin səsvermə günü etməli olduqları hərəkətləri seçki hüquq pozuntusu ilə bağlı müraciət etmək qaydaları barədə danışılıb. Vurğulanıb ki, təsisatın əməkdaşları ölkədə keçirilən seçkiləri müstəqil müşahidəçilər qismində izləyirlər.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed