Şrift:
Norgül kənd sakinləri kənddə həyata keçiriləcək layihələri seçiblər
30.01.2020 [13:32] - Borçalı
Marneuli rayonunun Norgül kəndində kənd yığıncağı keçirilib. Yığıncaqda 30-a yaxın adam iştirak edirdi və onlar arasında "Marneuli" radiosunun foto materialından da göründüyü kimi qadınlar yoxdur. Toplantının protokolunda 62 nəfər, toplantının keçirilməsi üçün lazım olan qədər adam qeydiyyatdan keçib. Marneuli meriyasının inzibati xidmətinin rəhbəri Nino Dekanidze bildirir ki, qeydiyyatdan yetərli sayda adam keçib və o, bizim neçə nəfər saydığımızı bilmir.
“Orada bəzi pedaqoqlar bayıra çıxdı, ola bilsin qeydiyyat oldu, iştirak etdi və sən nə görübsən bilmirəm, nə zaman gəldin onu da görmədim”, - Nino Dekanoidze kənd toplantısı başlayandan orada olan jurnalistə deyir.
Marneuli meriyasının inzibati xidmətinin verdiyi məlumata görə, Norgül kəndinin əhalisi meriyaya üç təklif edib.
“Qəbirstanlıq yolunun təmiri, Norgül kəndinin mərkəzi stadionunun bərpası və mərkəzi küçədə su bəndinin qurulması. Bu kənd əhalisinin meriyada qeydiyyat etdirdiyi məsələlərdir”, – Nino Dekanoidze deyir.
Kənddə baş tutan toplantıda əhali mərkəzi küçədə su bəndinin qaydaya salınmasını dəstəklədi. Layihə üçün mərkəzi büdcədən 16 000 lari ayrılıb.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 579 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed