30.01.2020 [15:25] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.
116.Özümüzdə istehsal oluna bilən məhsulu kənardan almayaq: (31.05.2018)
İdxalın strukturunda ərzaq məhsullarının payı 11%-dən yuxarı olubdu. Məncə bu normal deyil və ən pisi də budur ki, bu məhsulların, ərzaqların böyük əksəriyyəti, bəlkə də hamısı Azərbaycan da istehsal oluna bilər yaxud da istehsal olunur. Belə olan halda bizim valyutanın kənara-xaricə çıxması və lazım olan, özümüzdə istehsal oluna bilən məhsulun kənardan alınması məntiqli deyil.
117.Sahibkarlara istehsalla bağlı stimul verilməli: (31.05.2018)
xarici ticarətdə ixrac əməliyyatlarında özəl sektorun payı ilə bağlıdır ki, bu da çox aşağı rəqəmlərlə, 10%-dən aşağı ifadə olunub. Xarici ticarətdə idxal əməliyyatlarında isə özəl sektorun payı 75%-dən çox olubdu. Bu o deməkdir ki, qeyri-neft sektorunun xarici bazar mövqeləri yetərincə deyil. Amma bizim prezidentin də ortaya qoyduğu əsas məsələsə bizim ixrac hücumunu təşkil eləməyimiz, əsasən ixraca üstünlük verməyimizdi. Sahibkarlara daha çox istehsalla bağlı olaraq stimul verilməli və Azərbaycan brendlərini ortaya çıxarmaq təmin olunmalıdır.
118.Problemli kreditlərlə bağlı resept tələbi: (31.05.2018)
Bizim 10 milyarda qədər borcumuz vardır və borclanma siyasəti də bilirik ki, olmalıdır, normal məsələdir. Amma bu 2016-cı ildə bağlanmış müqavilə ilə götürülmüş borcda təkcə bayaq sadalanan layihələrə deyil, həm də bir neçə avantürist layihəyə də bu vəsaitdən ayrılıbdı. Mən dəfələrlə bu məsələni qaldırmışam və yenə də soruşmaq istəyirəm ki, o avantürist layihələrə ayrılan vəsaitin geri qaytarılması üçün tədbirlər görülübmü? Görülürmü? Bu il bir məsələ olacaqmı? Çünki 2017-ci ilin büdcəsi ilə bağlı hesabatda belə bir bənd nəzərə çarpmadı. Mən hesab edirəm ki, bu da öz əksini tapmalıdır. Həmin vəsaitlər geri qaytarılmalıdır. Bu avantürist layihələrlə bağlı olan kreditlərə toxunandan sonra mən həm də problemli kreditlərlə bağlı məsələyə də toxunmaq istəyirəm ki, dəfələrlə burda qeyd olunubdu və 2017-ci ildə hökumət tərəfindən bu problemli kreditlərlə bağlı ortaya bir resept qoyulmadı. Məncə zamanıdır ki , mütləq dövlət- kredit verən - kredit götürən arasında münasibətləri tənzimləyən və yükü kredit götürənin üzərindən müəyyən qədər götürmək üçün bir resept tapılsın, bunun vaxtıdır və vacibdir.
119.Rusiya-Ermənistan tandeminin blefi: (01.10.2018)
Son zamanlar düşmən dövlətdə baş verən hadisələr, çağırışlar, Rusiya-Ermənistan tandeminin bəzi blefləri onu göstərir ki, biz bəzi məsələlərə yenidən baxmalıyıq. Və hesab edirəm ki, kimsə Paşinyanın guya ki, özbaşına iş başına gəlməsini qəbul eləsə bu sadəlövlük olardı. Təbii ki, bu Rusiyanın razılığı ilə olubdu və son zamanlar Avropaya elədiyi bəzi çağırışlar da razılaşdırılmış məsələlərdir. Ən azından iki amil var ki, bu bizim üçün əhəmiyyətlidir.
Birinci onunla bağlıdır ki, Rusiya istəyirki, Ermənistanı guya Avropaya meyilli kimi göstərsin və Azərbaycanı öz orbitinə çıxarsın. Beləliklə həm Azərbaycanı qərbdən qırsın, həmdə ki öz orbitində saxlayıb müəyyən məsələləri diktə edə bilsin.
120.Suverenliyin təmin olunması -reinteqrasiya haqqında” qanun qəbul olunmalı: (01.10.2018)
Dağlıq Qarabağdakı separatçı rejimlə Fransanın bir şəhərinin oturub bir müqavilə imzalamasını, orda danışıqlar aparmasını xüsusi qeyd etmək istəyirəm. Məncə yeni siyasi- diplomatik- hərbi yol təklif olunmalıdır. Və bununla bağlı olaraq “Azərbaycanın suverenliyinin təmin olunması üzrə dövlət siyasətinin xüsusiyyətləri haqqında” qanun qəbul olunmalıdır. Bunu reinteqrasiya haqqında qanun da adlandırmaq mümkündür. Bu qanun layihəsində filiasiya -yəni vətəndaşlığa yanaşma məsələsinə də baxılmalıdır. Bura sonradan Dağlıq Qarabağ və ətraf işğal olunmuş ərazilərə köçürülmüş əhalinin məsələsidə xüsusi qeyd olunmalıdır ki, müharibənin aktiv fazaya keçəcəyi dönəmdə bu adamların hərb nəticəsində itkisi ,yerli dinc sakinlərin itkisi kimi qəbul olunmasın. Bunlar miqrantlardır- qanunsuz miqrantlardırlar və ərazilərimizə işğalçı tərəfindən köçürülmüş adamlardırlar.
121.Bir daha təklif edirəm, daimi Qarabağ komitəsi təsis olunsun: (01.10.2018)
Mən həmişə bu məsələni təklif etmişəm, bir daha təklif edirəm ki, əgər lüzum varsa, sizdə uyğun bilirsinizsə bir müzakirə aparıb Milli Məclisdə daimi Qarabağ komitəsinin təsis olunmasına da baxmağımız lazımdır. Elə bu arada bir daha bildirim ki, mümkün olarsa payız sesiyası dönəmində bu məsələləri ciddi şəkildə müzakirə eləmək üçün Dağlıq Qarabağa aid bir iclasın keçirilməsini də təklif edirəm və deputat həmkarlarımdan da dəstək istəyirəm.
122.Yeni nəsil şəxsiyyət vəsiqələrinin üzərində milli sonluqlu soyadlar yazılsın: (05.10.2018)
Mən soyadların milli sonluqla bitməsi ilə bağlı qanunda dəyişiklik təklif edirəm. İndi nə 37-ci ildi, nə də Stalin var. Hər şey bizim iradəmizdən asılıdır. Doğrudur soyadların dəyişdirilməsi məsələsində maneçilik yoxdur ,amma görünən də budur ki, bu prosesin könüllü baş tutması və biz istədiyimiz sonluqla da bitməsi də mümkünsüzdür. Ona görə də yeni nəsil şəxsiyyət vəsiqələrinin üzərində yeni soyadların görünməsi üçün, yeni soyadların təsbit olunması üçün mütləq biz milli soyadlarımızın təsbit olunması ilə bağlı olaraq qanunda dəyişiklik etməliyik. Bu dəyişikliyin mütləq həyata keçməsi üçün biraz məcbur xarakter almalıdır. Dəyişmə qaydası necə olmalıdır?
Tutaq ki, yeni nəsil şəxsiyyət vəsiqəsi verilirsə, hər bir müraciət edən adamın milli sonluqlu soyadını təqdim olunması tələb olunmalıdır. Əgər belə bir təklif müraciət edən tərəfindən yoxdursa, müvafiq icra hakimiyyəti tərəfindən bir milli sonluqlu soyad təklif oluna bilər və həmin soyadın da yeni nəsil şəxsiyyət vəsiqəsində təsbit olunması təmin oluna bilər.
123.Gürcüstandakı soydaşlarımız üçün TQDK hər il 100–200 yer ayırsın: (12.10.2018)
İndi artıq Gürcüstandakı azərbaycandilli məktəblərdə şagirdlərin sayı 50 faiz azalıbdır. Müəllimlərə gəlincə, təsəvvür edin ki, onların 82 faizi artıq pensiya yaşına çatmışdır və bir müddətdən sonra orada müəllim, demək olar, qalmayacaq. Parlamentdə dəfələrlə bu məsələyə toxunmuşam və xahiş etmişəm ki, bəlkə biz qəbul zamanı ancaq Gürcüstandakı soydaşlarımız üçün 100–200 yer ayıraq. Tələbələri özləri seçib buraya göndərsinlər və onlar dövlət hesabına təhsil alsınlar. Amma bir şərtlə, mütləq Gürcüstana qayıtmaq şərti ilə. Biz indi bu məsələyə baxmasaq, günün birində Qərbi Azərbaycanda yaşadığımız problemləri təkrar yaşaya bilərik. O insanların təhsil dalınca Gürcüstandan başqa yerlərə getməsi orada məktəblərin bağlanmasına gətirib çıxara bilər.
124.Korrupsionerlərdən müsadirə olunmuş vəsait büdcə daxilolmalarında xüsusi bir paraqrafda göstərilsin: (12.10.2018)
Büdcə daxilolmalarında xüsusi bir qrafanın ayrılması vacibdir. Təklif edirəm, orada məhz cinayət yolu ilə, korrupsiya yolu ilə əldə olunmuş vəsaitlərin müsadirəsindən sonra onların büdcəyə daxil olmasını göstərən bir paraqraf olsun. Çox böyük rəqəmlərlə ifadə olunan oğurlanmış dövlət vəsaitləri vardır. İstər müəyyən kreditlər şəklində verilmiş olsun, istərsə də son zamanlar korrupsiyaya qarşı mübarizədə müsadirə olunan vəsaitlər olsun. Bunların ayrıca qrafa şəklində büdcəyə daxil olması, yenə deyirəm, ictimaiyyət tərəfindən də rəğbətlə qarşılanar. Bu, həm də Azərbaycana qarşı müəyyən qərəzli mövqedən çıxış edən beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən də müsbət addım kimi nəzərə alınar.
125.Bu yüngülləşdirici yox, ağırlaşdırıcı haldı və doğru yanaşma deyil: (12.10.2018)
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilən dəyişiklikdə artıq yeni bir məsələ də salınır ki, “Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi”ni hakimiyyət öz üzərinə götürür. Amma mən başqa məsələyə toxunmaq istəyirəm. 171.2-ci maddədə “Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun ərizəsinə əsasən onun cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məhkəmə tərəfindən rədd edildikdə, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərarının qəbul edildiyi gündən ən azı bir il sonra baxıla bilər”. Buna aydınlıq gətirilməsi üçün sonra yazılır ki, dəyişikliklər penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə və cəza şəraitinin humanistləşdirilməsinə xidmət edir. Amma mövcud qanuna görə məhkumun müraciəti əgər məhkəmə tərəfindən rədd olunurdusa, 6 ay sonra müraciət edə bilirdi. İndi bir il sonra müraciət edir. Bu yüngülləşdirici yox, ağırlaşdırıcı hal oldu. Bu mənada, müddətin azaldılması doğru olar, yəni 3 aya endirilməsi. Məhkumun müraciəti rədd olundu, 3 ay sonra bir də müraciət etməyə imkanı olsun. Məqsəd humanistləşdirmədir. Amma ömürlük həbs cəzası alan adam bir də bir ildən sonra müraciət edə bilərsə, bu doğru yanaşma deyil.
22-ci hissə

Bu xəbər oxucular tərəfindən 919 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |