Şrift:
Mətin Quliyevdən Etibar Əliyevə cavab.
30.01.2020 [16:38] - Xəbərlər, Siyasət, Gənclik, Siyasi partiyalar
Etibar Əliyev deyəndə nə düşündüyünüzü bildiyim üçün daha onu tanıtmadan mətləbə keçirəm. Çatana çatır, çatmayana bir daş atır adam. Davam.az (http://davam.sapphire.mysitepreview.co.uk/62994-etibar-adl-namizdin-yap-a-ikaytin-mnasibt.html)xəbər por¬ta¬lında onun haqqında verilən maraqlı bir yazını paylaşdığımı (onun fikrincə mən yazı paylaşa bilmərəm) əsas gətirərək gedib çayxana səviyyəsindəki bir söhbəti "qəhrəman" olduğu öz facebook səhifəsində, həmçinin “ÇAYXANA TV” adlı facebook səhifəsində yayımladıb (Yəqin ki, yazının altında şəxsim haqqında yazılan sosial dəstək rəylərini görüb planının baş tutmadığını anlayıb) və düşünüb ki, bu variantla rəqibi, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyevə mane ola biləcək. Sənin rəqibinə qarşı mənim üzərimdən şantajın millət vəkili olmaq istəyən birinə yaraşmazdı. Amma sən bunu özünə yaraşdırdın!
Haqqımda savadsız ifadəsi işlətmisən. Bunu zəifliyin olaraq görürəm, üzərindən keçirəm. Çünki mənim savad və bacarığım ən azından vikipediaya baxan hər kəsə məlumdur. Ən azından bəsirət gözü açıq olanlar üçün belədir. "Ağac bar gətirdikcə başını aşağı əyər" prinsipi ilə artıq heçnə yazmıram.
Cümlə qura bilmədiyimi bildirirsən. Mənim 12 çoxsəhifəli elmi kitabda qur¬du¬ğum, redaktoru və korrektoru olduğum cümlələrə sən deyil, Türkiyənin Kültür və Turizm Nazirliyi öz təşəkkürü ilə qiymət verib. Bu mənə kifayətdir.
Sənin kollajını düzəltdiyimi iddia edirsən. Yanlış məlumatlısan. Kollajı kim düzəldibsə, öz imzası ilə paylaşır. Hər yerdə də açıqlamaları var. Bu məlumatın da təxribatçı və yanlışdır.
İşimlə bağlı atmacalarına gəldikdə, elmi, bacarığı və savadı olan istənilən gənc işlə təmin oluna bilər və hər kəs kimi mənim də işə götürülməyimdən normal bir şey ola bilməz. Əsas odur ki, işində özünü doğrulda biləsən. Əsas odur ki, olduğun yerdə ağlını, bacarığını, iş qabiliyyətini, idarəçiliyini isbat edə biləsən. Lazım olsa, Fəxri fərmanlarımı, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən verilmiş sertifikatlarımı da təqdim edə bilərəm. Qurum rəhbərliyi də bunu hər zaman müsət dəyərləndirib.
Etibar Əliyev, ən azından mən xaricdə onlarla nüfuzlu beynəlxalq tribunada ölkəmi, onun inkişafını və qurumumu şərəflə təmsil və təbliğ edəndə sən ölkə¬miz¬dəki inkişafın əlehinə, təhsilimizin əlehinə çıxışlar edib ölkəmizi sevməyənlərə tutarqalar vermisən.
Mən hərbi nizamnamələri əzbər bilən keçmiş kəşfiyyatçı əsgər və hazırkı zabitəm. İndiyədək minlərlə insanın həyatının xilas edlməsində əməyimin olması qüruru ilə yaşayıram. Hərbi qulluqçu olmaq sənin dediyin kimi "söz və danışmaq hüququn yox¬dur" demək deyil. Hərbi qulluqçunun statusu haqqında qanunla tanış ol. (Bu ara¬da hərbi qulluqçu ilə dövlət qulluqçusunun fərqini də öyrən hörmətli fəlsəfə üzrə fəlsəfə doktoru).
İnsan düz olduğu müddətcə bütün əyriləri kəsib keçər ki, əyriliyini düzlüyümün qabağına belə almaq istəmirəm.
Etibar Əliyev, xatırlatma edim ki, rəqibin mən deyiləm, cənab Fərəc Quliyevdir. Mən də onun oğlu və silahdaşıyam, müdafiə etmək və təbliğatını aparmaq da tam hüququmdur (hansı ki onun buna ehtiyacı yoxdur, bu sadəcə mənim borcumdur). Bu hüququmu isə kimsə əlimdən ala bilməz. Mən bu yazını səndən daha çox çaşdırmaq istədiyin ictimaiyyəti məlumatlandırmaq üçün yazdım.

Oxuculara dərin hörmətlə, Mətin Quliyev.
Bu xəbər oxucular tərəfindən 2321 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed