Şrift:
Quzey Kıbrısda “Köhnə Bakı” restoranı fəaliyyətə başladı.
19.09.2012 [15:19] - Gündəm, Türk dünyası-Turan
Quzey Kıbrıs Türk Cümhuriyyətində “Köhnə Bakı” adlı restoran fəaliyyətə başlayıb. Restoranın açılmasının əsas məqsədi Azərbaycan mətbəxinin ləzzətli yeməklərini Quzey Kıbrısa gələn bir çox turistlərə tanıtmaqdır. Bununla yanaşı, digər məqsədlərdən biri də Quzey Kıbrısda bir çox azərbaycanlı şagirdin təhsil almasıdır.

Restoranın açılışında Doğu Akdeniz Universitetində təhsillərini davam etdirən azərbaycanlı tələbələrlə yanaşı, türkiyəli tələbələr və eyni zamanda Quzey Kıbrıs vətəndaşları da iştirak edib.

“Old Bakı”, yəni “Köhnə Bakı” adlı restoranın açılmasının təşəbbüskarı və sahibi, eyni zamanda həmin universitetin biznesin idarə edilməsi fakültəsinin tələbəsi, həmyerlimiz Fuad Səfərəliyevdir. Restoranın açılması ilə bağlı fikirlərini bizimlə bölüşən Fuad Səfərəliyev bunları söyləyib:

“Bildiyiniz kimi DAU-da 69 müxtəlif ölkədən tələbə təhsil alır. Bu restoranın açılmasında məqsədlərimizdən biri də burada təhsil alan xarici tələbələrə milli mətbəximizi tanıtmaqdır. Düşünürəm ki, açdığımız restoran Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələr üçün də əvəzolunmazdır. Çünki Azərbaycan mətbəxi ilə əlaqədar yeməklər yalnız bizim restorandadır. Onlar bizim restorandan istədikləri Azərbaycan yeməklərini rahatlıqla tapa bilərlər. Yeri gəlmişkən, qəzetiniz vasitəsilə azərbaycanlı tələbələrin valideynlərinə səslənmək istəyərdim. Onlar Şimali Kiprə övladlarını göndərdiyi zaman “Övladım Azərbaycan yeməklərindən dada bilməyəcək” deyə düşünüb narahat olurdularsa, məncə indi bu narahatçılığa ehtiyac yoxdur. Çünki onların uşaqları və digər ölkə vətəndaşları istədikləri Azərbaycan yeməklərini yalnız bizim restorandan rahatlıqla əldə edə biləcəklər. Yeməklərin qiymətləri də çox uyğundur. İcazənizlə, restoranın açılması ilə bağlı göstərdiyi dəstəklərindən dolayı “FATYA” LTD-nin sahibləri Heydər İmanov və Sinan Bağdatlıya təşəkkür etmək istərdim”.

Qeyd edək ki, açılış mərasimində iştirak edənlər pulsuz olaraq Azərbaycanın bəzi milli yemək və şirniyyatlarından dadmaq şansını qazanıblar.

Quzey Kıbrısda “Köhnə Bakı” restoranı fəaliyyətə başladı.

Quzey Kıbrısda “Köhnə Bakı” restoranı fəaliyyətə başladı.
Bu xəbər oxucular tərəfindən 1864 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed