31.01.2020 [09:01] - Hadisə
Mingəçevir və Yevlağın su hövzələrində qadağan olunmuş alətlərlə balıq ovunun qarşısının alınması məqsədilə reyd keçirilib. Ryd 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Mingəçevir Su Polisi və Fövqaladə Hallar Nazirliyinin müvafiq struktur əməkdaşlarının birgə iştirakı ilə baş tutub. Reyd zamanı ərazinin su hövzəsinə baxış keçirilib. Mingəçevir və Varvara Su anbarları, həmçinin Qarabağ və Şirvan suvarma kanallarında keçirilən reyd zamanı hövzə qadağan olunmuş balıq ovlama alətlərindən və sintetik torlardan təmizlənib. Balıq ovlamaq üçün qadağan olunmuş 1500 metrə qədər sintetik tor yığışdırılaraq götürülüb. Reydin nəticələri ilə bağlı açıqlama verən Mingəçevir Su Polisinin əməkdaşı Mübariz Mustafayev reydlərin növbəti günlərdə də davam etdiriləcəyini bildirib.
DAVAM.AZ
DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 474 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |