Şrift:
Qardabanidəki park görənləri şok etdi- Sosial şəbəkələr çalxalanır
31.01.2020 [11:17] - Borçalı
Qardabani rayonunda Candar gölü yaxınlığında yerləşən Mzianeti kəndində istifadəyə verilən istirahət parkı ölkə mediası və sosial şəbəkə istifadəçilərinin gündəminə çevrilib. Sosial media istifadəçiləri yaşıllaşdırma aparmadan belə bir parkın yaradılmasını istehza ilə tənqid ediblər.
Sosial şəbəkə istifadəçiləri həmçinin istirahət parkının yaxınlığında yaşayış evlərinin olmamasına da vurğu ediblər. Məsələ ilə bağlı Qardabani meriyasının mətbuat xidmətindən bildirilib ki, sözügedən parkın fotoları qarşı tərəfdən çəkilib və buna görədə evlər görünmür: Əslində isə həmin parkla yaşayış məntəqləri arasında fərq 50-60 metr məsafə təşkil edir.
Qardabani meriyasının məlumatında qeyd olunub ki, parkın layihəsi ötən il kəndlərin inkişaf layihəsi çərçivəsində gerçəkləştirilib və 10 940 lari xərclənib. Açıqlamada həmçinin vurğulanıb ki, istirahət düşərgəsinin yaradılması kənd əhalisinin istəyi əsasında baş tutub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 559 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed