31.01.2020 [11:45] - Borçalı
Zurab Jvania adına Dövlət Administrasiya Məktəbi Marneulidə məzunlara sertifikatlar təqdim edib. Sertifikatlar Marneuli, Dmanisi, Tetritskaro və Bolnisi rayon təhsil mərkəzlərinin uğur qazanmış 35 məzununa təqdim olunub. “Dövlət dilinin tədris proqramının” rəhbəri Maka Omiadze söhbəti zamanı qeyd etdi ki, milli və dini azlıqların nümayəndələri Jvania məktəbinin “Dövlət dilinin tədris proqramı”nın A1 və A2 səviyyəli tədris kursunu keçiblər.
“Onlar böyük əmək nəticəsində sertifikat ala bildilər. Əminəm ki, onlar sonrakı səviyyələrdə təhsilə yenə davam edəcəklər. Bu onların inkişafına və karyera qurmalarına kömək edəcək”, - Maka Omiadze dedi.
Bu gün Marneuli sakini Ülviyyə Məmmədova da sertifikat alıb. O, qeyd edir ki, dövlət dilini öyrənmək onun üçün vacibdir və proqramda təhsilinə mütləq davam edəcək.
Zurab Jvania adına Dövlət Administrasiya məktəbinin Marneuli Regional Tədris Mərkəzinin direktoru Cəmilə Hüseynova deyir ki, hazırda onların tədris proqramını ümumilikdə 21 qrup keçir.
“Qruplar qarışıqdır. Bir qrupda ən çox 15 dinləyici var və müxtəlif kateqoriyaya aid adamlardır. Əsasən abituriyentlər, tələbələr, məmurlar və adi sakinlərdir”, - Cəmilə Hüseynova dedi.
Jvania məktəbindən bildirirlər ki, A1 və A2 səviyyəyə nail olmaları nəticəsində dinləyicilər xüsusi gürcü səslərini düzgün tələffüz edə, gündəlik həyat və peşəkar fəaliyyətlə bağlı asan mətnləri başa düşə, düzgün yaza və ifadə edə biləcəklər.
Tədbirdə yerli özünüidarə üzvləri, Jvania məktəbinin Regional Tədris Mərkəzlərinin koordinatorları, rəhbərləri, təlimçilər, benefisiarlar iştirak edirdilər.
DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Bu xəbər oxucular tərəfindən 547 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |