20.09.2012 [10:24] - Güney Azərbaycan xəbərləri
“İran “altılıq” ölkələri ilə nüvə müzakirələrində qarşı tərəfin heç bir yeni təklifini qəbul etməyəcək”.
Bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi bildirib.
Onun sözlərinə görə, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) bütün şübhələrini açıq şəkildə cavablandırıb: “Ona görə də İran müzakirələrin uzadılması məqsədilə yeni mövzuları gündəmə gətirəcək təklifləri qəbul etməyəcək. Müzakirələrin yeni mərhələsi öncədən təyin olunmuş proqram əsasındadır və İran bu kimi iclaslarda ABŞ-ın (Amerika Birləşmiş Ştatları) əsassız iddialarını zərərsizləşdirməyə çalışacaq”. Ə. Burucerdi Avropa ölkələrinin ABŞ-ın nüfuzu altında olmasının və bu ölkənin danışıqlar prosesinə mənfi təsir göstərməsinin İranın “altılıq”la danışıqlarının uzanmasına səbəb olduğunu da vurğulayıb: “ABŞ-ın siyasəti İranı dünyadan təcrid etməkdir. Bu baxımdan yanlış informasiyalar təqdim etməklə şübhələr yaratmağa və İranın nüvə fəaliyyətlərinə son qoymağa çalışır”. İranlı parlamentari deyib ki, AEBA texniki və hüquqi qaydalar çərçivəsində vəzifəsini yerinə yetirərək, ABŞ-ın xeyrinə siyasi təşkilata çevrilməkdən qaçmalıdır.

Bu xəbər oxucular tərəfindən 999 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |