Şrift:
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla bağlı bölgələrdə görüşlər keçirilir
31.01.2020 [14:17] - Hərb
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydalarının ictimaiyyətə çatdırılması məqsədilə Müdafiə Nazirliyində yaradılan təşviqat qrupu bölgələrdə şagirdlər, valideynlər və müəllimlərlə görüşlər keçirir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşlərdə zabit peşəsinə marağın aşılanması, hərbi-vətənpərvərlik işinin orta təhsil müəssisələrində daha səmərəli təşkilinə dair fikir mübadiləsi aparılır, hərbi rəhbərlərin təklifləri və istəkləri qeydə alınır.
Müdafiə Nazirliyinin zabitləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, hərbi tibb fakültəsinə, Heydər Əliyev və Cəmşid Naxçıvanski adına Hərbi liseylərə qəbul qaydaları haqqında ətraflı məlumat verərək məktəblərin təminatından, sosial-məişət şəraitindən danışıblar. Görüşlərdə hərbi məktəblər haqqında videoçarxlar və hərbi-vətənpərvərliyə dair filmlər nümayiş olunub, qəbulla bağlı suallar cavablandırılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 530 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed