31.01.2020 [15:34] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.
126.Qərbi Azərbaycandan qovulanlarla bağlı: (30.10.2018 )
2006-ci il yanvarın 1-dək Azərbaycan Respublikasına gələnlər arasında Ermənistandan qovulmuş yüzminlərlə soydadaşlarımız da vardır. Ermənistan respublikasından qovulan soydaşlarımız abarogen xalq olaraq Ermənistan respublikası vətəndaşı pasportları ilə gəliblər. Mən hesab edirəm ki, bu Qanuna dəyişiklikdə yüz minlərlə insanın taleyi var . Onların günün birində ata yurdlarına qayıtmaq məqamı yetişdikdə və yaxud da bu gün siyasi məsələlərdə bu elementdən istifadə eləmək lazım gəldikdə bu qanun layihəsinə təklif etdiyim xüsusi bir müddəanın salınması əhəmiyyətli olacaqdır.Təklif etdiyim əlavənin mahiyyəti odur ki, Qərbi Azərbaycandan qovulmuş insanlara Azərbaycan vətəndaşına verilən bütün hüquqlar verilmək şərtilə müvəqqəti olaraq burda yaşamaları göstərilsin.Ermənistan respublikasının vətəndaşı olduqları haqda sənədlər də , bütün göstəricilər də saxlanılsın. Mən niyə görə bu məsələni bir daha nəzərinizə çatdırıram?
Baxın, bu gün Ermənistanda guya ki, Azərbaycandan qovulmuş ,amma əslində 1988-ci ildə SSRİ KQB-si tərəfindən Sumqayıtda qırğın törədilməsi senarisinə uyğun olaraq,çıxarılmış ermənilər vardır. SSRİ KQB-sinin bu fəaliyyəti artıq faktlarla, məhkəmə ilə təsdiq olunubdu. 20 Yanvar qırğınına hazırlıq üçün də ermənilər Bakıdan çıxarıldılar, qorunmaq məqsədi ilə Ermənistana aparıldılar. Bugün Ermənistanda Azərbaycan SSRİ-dən Qaçqınlar Assambleyası fəaliyyət göstərir. Onlar 2011-ci ildə keçirdikləri qurultayda da və 2016-ci ildə də eyni iddialarla çıxış etdilər. Bu gün də edirlər.
Bu adamların Azərbaycana qaytarılmasını təmin etmə mexanizmilərin düşünürlər. İşğal faktına hüquqi don geyindirmək istəyirlər.Hətta bəzi yerlərdə artıq “Azərbaycan SSRİ-dən qovulanları” yerləşdiriblər. Məsələn Qubadlının Xanlıq kəndində 2014-cü ildə 200 erməni yerləşdirilmişdisə, 2018-cı ildə bunların sayı artıq 600-ə qalxıb. Kəlbəcərdə yeni bir qəsəbə salmaq istəyirlər. Qubadlı ərazisində yüz minlik Baqaran şəhərciyi salmaq istəyirlər. Deyilə bilər ki, ermənilərin maliyyə imkanları yoxdur. Amma mən də yeni tanış oldum ki,Britiş petrolumun erməni qaçqınlarına bir öhdəliyi varmış, 20 milyard dram miqdarında da bunlara pul verməlidir. Bilmirəm bu nə qədər doğrudur, amma ermənilər belə bir iddia qaldırıblar. Hətta bu vəsaiti də istəyirlər ki, ora yatırsınlar. Bizim başqa ərazilərdə də “Azərbaycan SSRİ-dən qovulanları” yerləşdirirlər. Gələcəkdə ərazilərimizi qaytarmamaq üçün hüquqi əsas da qoymaq istəyirlər ki, bunlar Azərbaycan vətəndaşlarıdırlar. Bu yaxınlarda dırnaq arası DQR-in vitse spikeri də iddialarla çıxış etdi ki, nəinki Dağlıq Qarabağ ,hətta işğal olunmuş ətraf rayonlar da bizimkidir, hətta Naxçıvanı da iddia elədi. Yəni belə bir siyasi, soyuq savaş dönəmində bizim Qərbi Azərbaycandan qovulmuş insanlara yönəlik xüsusi yanaşmalarımız zərurətdir.Ermənistandan nəinki soydaşlarımız çıxarılmış, öldürülmüş, xeylisi də də girov götürülmüşdür. Bəlkədə minlərlə insanın taleyindən xəbərimiz yoxdur. Məsələn, bir qismini bildik ki, Kəlbəcərdə qızıl mədənlərdə hətta girov götürülən qadınlarımızı belə saxlayıb qul kimi işlədirlər.
Biz bu qanuna o təklifimi daxil edə bilərik ki, bizim Ermənistandan qovulmuş əhalimiz həm bu günkü siyasi məsələlərdə ciddi şəkildə hökumətimizin apardığı siyasətə dəstək versin. Həm də sabah qayıtmaq reallığı yarananda da bu məsələlərdən istifadə edə bilək. Ona görə mən xahiş edirəm ki, bu məsələ nəzərə alınsın, belə bir müddəanın həmin qanuna əlavə edilməsi təmin edilsin.
127.Adambaşına düşən gəlirlə bağlı: (13.11.2018)
Büdcədə ilə bağlı ilk nəzərə çarpan budur ki, adambaşına düşən büdcə gəliri 1370 $-dır
Büdcə gəlirlərində 13milyard 700 milyon manat neft strukturlarından daxil olur,qeyri-neft büdcəsi 5,4 milyard manatdır.Bu isə o deməkdir ki, Qeyri-neft büdcəsindən adambaşına düşən gəlir 551 dollardır.Müqayisə üçün deyim ki,
Gürcüstan büdcəsinə hec bir neftdən daxil olma yoxdur ,yalnız qeyri-neft sektorundan daxilolmalardır. Adambaşına 1000Ş büdcə gəliri düşür.
Baltikyanı ölkələrdən isə bizdən 4 dəfə çoxdur. Deməli, Azərbaycanın qeyri-neft sektorunun xarici bazar mövqeləri yetərli sayıla bilməz.Yenə gözümüzü neftə dikmişik və bu çox risklidir.
128.İstehsalçı və ixracatçı özəl sektoru arzulanan səviyyəyə çatdırmalı: (13.11.2018)
Göründüyü kimi yenə də ixracın strukturunda neft və neft məhsulları üstünlük təşkil edir.
Neft Fondunun transfertinin həcmi əvvəlki ilin dürüstləşmiş büdcə göstəricisi ilə müqayisədə 3,6 faiz artımla proqnozlaşdırılıb. Bu isə dövlət büdcəsi gəlirlərinin 49,6 faizinə həmçinin, Dövlət Neft Fondunun proqnozlaşdırılan gəlirlərinin 72,9 faizinə bərabərdir.
-Müsbət saldonun neftə bağlı olduğu və bunu qeyri-neft sektoru hesabına etməyin zəruri olduğu qəbul olunmalıdı.
-İdxalın strukturunda ərzaq məhsullarının payı çoxdur. Ən pisi budur ki, bunlar ölkədə istehsal oluna bilən məhsullardır.
-Xarici ticarətdə ixrac əməliyyatlarında özəl sektorun payı aşağı olub-10%,Xarici ticarətdə idxal əməliyyatlarında isə özəl sektorun payı 80,5% civarında olub.
Bu isə istehsalçı və ixracatçı özəl sektorun arzulanan səviyyəyə çatmaması deməkdir.
129.Bürokratik əngəllər aradan qaldırılsın: (13.11.2018)
Kiçik və orta sahibkarların dövlət dəstəyinə daha rahat əlçatanlığına nail olmaq lazımdır. Nazirlər kabineti, nazirlər səviyyəsində məsələlərə ciddi yanaşılsa da aşağı strukturlarda maneçilik və bürokratik əngəllər vardır. Bu maneçilikləri aradan qaldırmaq lazımdır.
130.Bölgələrin planlı iqtisadiyyatını qurmalı: (13.11.2018)
Hesabatdan görünür ki, hələ də bir çox rayonlar dotasiya ilə yaşayır, əyalət siyasətini kompleks tədbirlərlə stimullaşdırmaqla, buna son qoymaq lazımdır, çünki elə rayonlar var ki, onların potensialı imkan verir ki, nəinki dotasiya alsınlar, hətta büdcəyə əlavə gəlir gətirsinlər. Əyalət siyasətini kompleks tədbirlərlə stimullaşdırmaqla, bölgələrin planlı iqtisadiyyatını qurmaqla həm idxaldan asılılıq minimuma endirilər, daha çox rayon və şəhər mərkəzi xərclərdən azad olunar və burada qənaət olunan vəsait çox ehtiyaclı sahələrə yönəldilə bilər.
131.Kreditlərlə bağlı təkrar təklif: (13.11.2018)
Əhaliyə kömək məqsədi ilə hökumət bir çox məsələlərlə yanaşı, kreditlərin qaytarılması qaydası da nəzərdə tutsun. Yanaşmada ödəmələr üçün aşağıdakı ardıcıllıq qəbul olunsun:
1. Əsas borc
2. Kredit faizi
3. Cərimə və peniyalar
4. Borcun qaytarılması xərclərinin ödənməsi
İndiki halda kredit gecikməyə düşəndə ilk növbədə peniya ödənilir, sonra kredit faizi, daha sonra əsas məbləğə görə borc ödənilir. Beləliklə vətəndaş peniya və faiz borcunu ödəyə bilir və daim bankdan asılı durumda olur.
Təklif olunan qayda isə ilk növbədə əsas borcu qaytarmaq imkanı yaradır.
Burada xarici valyuta ilə ipoteka krediti götürənlərin kreditləri manata keçirilməsi mexanizmi də öz əksini tapa bilər.
132.Təkrar etmək məcburiyyətindəyəm: (13.11.2018)
Kommunal sektora 500 milyon manatdan artıq vəsait ayrılıb. Mən dəfələrlə bu məsələni qaldırmışam və təkrar etmək məcburiyyətindəyəm. Bu sektoru dövlət mülkiyyət hüququnu özündə saxlamaq şərti ilə işlətməyə-özəl sektora verməklə, həm bu vəsaiti qənaət edər və bu sahədən büdcəyə vəsait daxil olmağa başlayar.
133.Bələdiyyələrə dəstək verməli: (13.11.2018)
Qeyri-neft sektorunun inkişafında bələdiyyələrin imkanları lazımınca qiymətləndirilmir və istifadə olunmur. İdxaldan asılılığı minimuma endirmək, ixracatı artırmaq üçün istehlak mallarının böyük bir hissəsinin ölkədə istehsal etmək mümkündür. Bunun üçün istehsal müəssisələrin tikilməsi vacibdir. Nəzər saldıqda görürük ki, ötən il ərzində yeni yaradılmış müəssisə və təşkilatların 97,4 faizi xüsusi mülkiyyətli, 0,1 faizi bələdiyyə mülkiyyətli, 2,5 faizi isə dövlət mülkiyyətli müəssisələrin payına düşür. Cəmi 0,1 faizi bələdiyyə mülkiyyətli.
Yeni yaradılmış müəssisə və təşkilatların da 63,5 faizi faizi Bakıda yerləşir. Biz əyalət siyasətini elə stimullaşdırmalıyıq ki, işsizlik ucbatından urbanizasiya olmasın, insanlar əyalətlərdə yaşasın, iş yerləri olsun. Ona görə bu istiqamətdə bələdiyyələrə fəaliyyətini artırmaq üçün müvafiq dəstək vermək vacibdir. Bu həm də insanların əyalətlərə geri qayıtmasına, kənd təssərrüfatının inkişafına da yeni nəfəs verər.
134.Köklü sistem, struktur islahatları olmalı: (13.11.2018)
Bu qədər yükü büdcə daşıya biləcəkmi? Ölkəni neft-qaz sektorunda çalışan 60-70 min insan saxlayır, dövlət sektorunda çalışan 884 min insanın Faydalı İş Əmsalı, iqtisadiyyata gətirdiyi əlavə dəyər qaneedici deyil. Bu şişirdilmiş ştatlardır, ölkəmizə bu qədər büdcədən, dövlətdən maaş alan insanın çalışması lazım deyil, effektiv deyil, böyük əksəriyyəti faydasız iş yerləridir. Ölkədə xeyli nazirlik, dövlət idarəsi var, əslində bunların sayı yarıbayarı aşağı enməlidir, neftin qiymətinin uzun zaman yuxarı səviyyədə olmayacağını nəzərə alaraq, bu qədər yükü büdcə daşıya bilməyəcək. Şişirdilmiş ştatlar məcburən ixtisarlara , bu isə sosial gərginliyə səbəb olur.
Ciddi, köklü sistem, struktur islahatları olması zərurətdir.
135.Neftin xammal şəkildə ixracına etiraz: (13.11.2018)
Etiraf edək ki, hələ də iqtisadiyyatımız xam neft ixracından asılı olan iqtisadiyyatdır. Xam neft ixrac etməkdənsə, bunun əvəzinə, nefti yarım fabrikat və ya son məhsula çevirib, ixrac edən neft iqtisadiyyatı qursaydıq narahatlıq bir az azalardı-təəssüf ki, belə deyil. Bu məsələ iqtisadi siyasətimizdə prioritetlərdən biri olmalıdır.
Türkiyədə inşa etdiyimiz neft emalı kompleksinin eynisini Azərbaycanda tikmək vacibdir.
23-cü hissə

Bu xəbər oxucular tərəfindən 1285 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |