Şrift:
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi açıldı
20.09.2012 [10:32] - Xəbərlər, Mədəniyyət
Fransa səfərində olan prezident İlham Əliyev sentyabrın 19-u Parisdə Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan iş adamları ilə görüşüb. Görüşdə müxtəlif şirkətləri təmsil edən 60-a yaxın iş adamı iştirak edib. Tədbirdə çıxış edən prezident Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının sürətlə inkişaf etdiyini deyib. O, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə nail olunduğunu vurğulayıb. Dövlət başçısı 2012-ci ilin altı ayı ərzində ölkədə qeyri-enerji sektorunda ümumi daxili məhsulun 10 faiz, son 8 ildə Azərbaycan iqtisadiyyatının 3 dəfə artdığını diqqətə çatdırdı.

MEDEF Fransanın 800 min şirkətinin birləşdiyi bir qurumdur. Bu quruma müxtəlif sahələrdə çalışan şirkətlər, o cümlədən bank sektoru, sığorta, ərzaq sahələri, təyyarə və avtomobil istehsal edən, mühəndislik, kimya texnologiyaları sahələrində ixtisaslaşan şirkətlər daxildir.

AzərTAc xəbər verir ki, İlham Əliyev sentyabrın 19-da Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılış mərasiminə də qatılıb. Parisin mərkəzində - Eyfel qülləsinin yaxınlığında yaradılan Azərbaycan Mədəniyyət Mərkəzində müxtəlif görüşlərin, tədbirlərin keçirilməsi üçün imkan var. Müxtəlif ekspozisiya zallarının qurulduğu mərkəzdə Azərbaycan tarixini əks etdirən eksponatlar təqdim olunur. Azərbaycan Mədəniyyət Mərkəzində kitabxana, muğam zalı da yaradılıb.

Həmin gün İlham Əliyev Azərbaycan Mədəniyyət Mərkəzinin açılışına həsr olunmuş qəbulda da iştirak edib.
Bu xəbər oxucular tərəfindən 1176 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed