Şrift:
Fərəc Quliyev: Atəş dayanmamalı,“İtmiş” və oğurlanmış vəsaitlər əlillərə, təqaüdçülərə yönəldilməli və s
01.02.2020 [11:55] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.
24-cü hissə


136.“İtmiş” və “gözlənilməyən“vəsaiti əlillərə, təqaüdçülərə yönəltməli: (14.11.2018)

Burada təqaüdlər haqqında danışılanda, daha çox mənbələr,vəsait haqqında soruşulur. Mən onun tərəfindəyəm və əvvəlki müzakirələrdə də burada qeyd etmişdim ki, korrupsiya yolu ilə oğurlanmış vəsaitlər geri qaytarılsın və büdcə daxilolmalarında xüsusi qrafa olaraq göstərilsin. Bunlar itmiş və gözlənilməyən vəsait kimi qayıdanda həmin vəsaitləri bu tipli məsələlərə yönəltmək mümkündür. Veteranlara verilən pulun miqdarı, yaxud da əlillər üçün ayrılan pulun miqdarı, etiraf eləməliyik ki, kiçikdir.

137.Müsadirə olunmalı, milliləşdirilməli və ölkəyə gətirilməli: (14.11.2018)

Oğurlanmış vəsaitlər məsələsini qaldırmışdıq, büdcə müzakirələrində hökumət bu məsələyə toxunmadı, üstündən keçdi, amma böyük, fantastik rəqəmlərdən söhbət gedir. İstər avantürist layihələrə ayrılan kreditlər olsun, istərsə də nağd şəkildə oğurlamalar olsun, bunlar hamısı qida məhsulu kimi yeyilməyib ki, bunlar ya daş-qaş şəklində saxlanılır, ya başqa ölkələrin banklarında saxlanılır, ya da əmlak kimi saxlanılır. Müsadirə olunmalıdır, milliləşdirilməlidir və gətirilməlidir ölkəyə.

138.Gəlirlərin bəyan edilməsi ilə bağlı: (14.11.2018)

Gəlir bəyannaməsi məsələsinə də baxılmalıdır. 2005-ci ildə Milli Məclis “Gəlirlərin bəyan edilməsi haqqında” Qanun qəbul eləyib, Nazirlər Kabinetinə göndərilib, Prezidentin sərəncamı da var idi. İndiyə qədər Nazirlər Kabineti bu deklarasiya haqqında qanuna uyğun olaraq forma hazırlamayıbdır ki, məmurlar işə təyin olunanda bu deklarasiyanı təqdim eləsin. Günün birində, London hadisəsi kimi, adam çıxıb deyir ki, bu vəsait mənimdir. Bir gündə 12 milyon vəsait xərcləyib, deyir ki, şəxsi vəsaitimdir. Haradan o sənin şəxsi vəsaitin ola bilər? Ona görə bu deklarasiya ilə bağlı olaraq Nazirlər Kabineti müvafiq addımları atmalıdır

139.İstehlak səbəti 558 manatdan az ola bilməz: (15.11.2018)

Sizə mənbə göstərim-korrupsiya yolu ilə mənimsənilmiş vəsaitlər.
Sosial təminatı və sosial müdafiəni həyata keçirəndə reallıqlar mütləq nəzərə alınmalıdır. Burada fikirlər səsləndi ,ki bir məhbusun bir günlük xərci 18 manat nəzərdə tutulub. Təsəvvür edin ki, bu məhbusdur və içərdədir. Bu isə ayda 558 manat edir. Məhbus xüsusi idman yarışına hazırlanmır ki. Sadəcə bunun yaşaması üçün nəzərdə tutulan bir vəsaitdir. Deməli, istehlak səbəti 558 manatdan az ola bilməz. İstehlak səbətinə uyğunda təbii ki, bu məsələlər nəzərdə tutulmalıdır. İstəyir minimum əmək haqqı olsun, istəyir təqaüdlər olsun və s. Belə olan halda əvvəlcə biz düşünməliyik ki, təqaüdçülərə verilən vəsait, əlillərə verilən vəsait yaşamaq üçün bəs edirmi? Əlbəttə bəs eləməz. Müharibə veteranlarına 56 manat pul verilir. Bu 56 manat ilə insan yaşaya bilərmi? Bu məsələləri qaldıranda həmişə bizə dərhal belə bir fikir bildirirlərki, artıq vəsait üçün mənbə göstərin. Göstərək. Mən sizə mənbə göstərim. Ən böyük mənbə korrupsiya yolu ilə mənimsənilmiş, oğurlanmış, talanmış vəsaitlərdir. Bu vəsaitlərin geri qaytarılması təmin olunmalıdır, vergi və gömrükdə necə büdcəyə daxilolmalar nəzərdə tutulursa, bu vəsaitlər daxilolmalar kimi nəzərdə tutulmalıdır. Axı bu vəsait qida məhsulu kimi həzmi-rabedən keçməyib ki ,kimsə desin ki, bu yoxdur artıq. Bu vəsait ya xaricdə hesablarda vardır, ya daşınmaz əmlak şəklindədir, ya da valyuta və yaxud da qiymətli metal halında talançıların əlindədir . Ona görə bu vəsaiti müsadirə eləmək lazımdır, milliləşdirmək lazımdır və büdcəyə daxil edəndən sonra milyardlarla əlavə vəsait yaranacaqdır. Bu vəsaiti də təbii ki, göstərdiyim istiqamətlərdə xərcləmək mümkündür.

140.Gəlir deklorasiyasının icraatı haqqında: (15.11.2018)


Milli Məclis 2005-ci ildə gəlir deklorasiyası haqda qanun qəbul edib . Nazirlər Kabineti isə indiyə qədər bir forma hazırlamayıbdı. Gəlir deklorasiyasının icraatı haqqında qanunun Nazirlər Kabinetində forma hazırlanması üçün prezidentin sərəncamı da vardır. Son London hadisələri göstərir ki, bu qanun işləmədikcə, məmurlar gəlir deklorasiyasını vermədikcə günün birində problem yaranır.Oğurlanmış vəsait haqqında , adam deyirki, öz vəsaitimdir. Birisi girib on iki milyon dollarlıq gün ərzində dükandan alver edibdi, deyir şəxsi vəsaitimdi. Hardan sənin şəxsi vəsaitindi?

141.Parlamentdə yalnız Azərbaycan dilində - dövlət dilində danışılmalıdır: (15.11.2018)


Çıxışların yalnız Azərbaycan dilində olması haqda məsələ keçən iclasda da qaldırılmışdı. İndiki nizamnamədə göstərilir ki, başqa dildə də çıxış ola bilər. Mən hesab edirəm ki, burda yalnız Azərbaycan dilində - dövlət dilində danışılmalıdır. Əlbəttə, Azərbaycan tolerant bir dövlətdir, bütün mədəniyyətlərə hörmət olunur, bütün dinlərə hörmət olunur, bütün etnoslara hörmət olunur və hər kəsi də vətənçilik birləşdirir. İctimai ünsiyyətlərdə hardasa danışıqlarda kim kimlə hansı dildə danışmaqla bağlı kimə irad tutulur ki? Amma bura parlamentdir və təbii ki, biz həm də örnək görsənməliyik. Bu ciddi məsələdir.

142.Ölkəmizin təhlükəsizliyinə qarşı hər cür təhdid və invaziv mədəniyyətlərin qəbulu önlənməli: (15.11.2018)


Azərbaycanda 200-dən çox rus məktəbi vardır. Məsələ qaldırdım ki, biz bütün dillərin öyrədilməsinin tərəfdarıyıq .Amma onlar xarici dil təmayüllü məktəblər kimi qalıb-rus, ingilis, italyan və.s.kimi başqa dilləri də öyrətsinlər. Amma rus dili məktəbi kimi qalmaq doğru deyil. Mən bunu nə üçün deyirəm? Bu gün Rusiyada dumanın aşağı qurumlarında bir məsələ müzakirə olunur ki, possovet ölkələrindəki -keçmiş SSRİ ərazisində olan istənilən adam rus dilini bilirsə, rus dilində danışırsa Rusiya vətəndaşı passportu ala bilər. Deyilə bilər ki, bu onların daxili işidir. Amma onların qanununda başqa bir müddəa də var. Dünyanın harasında Rusiya vətəndaşı varsa, hüquqları tapdalanarsa Rusiya istənilən vasitə ilə ora müdaxilə imkanı qazanar. O mənada bu ölkəmizin təhlükəsizliyinə təhdiddir. Biz o invaziv mədəniyyətlərin qəbulunun önlənməsi, öz mədəniyyətimizin qorunması ilə bağlı olaraq nümunəni parlamentdən göstərməliyik və parlamaentdə çıxışlar yalnız və yalnız dövlət dilində olmalıdır.

143.Reinteqrasiya haqqında qanunun qəbul olunmalı: (07.12.2018)

Azərbaycan Xarici İşlər Nazirliyi, Ermənistan Xarici İşlər Nazirliyi və ATƏT-in Minsk qrupunun üzvləri birlikdə bir bəyanat qəbul elədilər. Ermənistan tərəfi ATƏT-in Minsk qrupu vasitəsi ilə Azərbaycan tərəfindən, bir sakitçilik bəyanatı istəyirdi və onlar da düşmənçiliyini yenə davam elətdirsinlər. Yerevandakı məlum toplantıda Kazimirov da çıxış eləyib. O da bir vaxtlar ATƏT-in Minsk qrupunda Rusiyanı təmsil edirdi. İndi göründüyü qədər, zahirən bunların da davranışlarının bir olmasına baxmayaraq, institutlaşmış şəkildə Azərbaycana qarşı mövqe sərgiləyirlər. Biz də, xarici işlər nazirlərimiz və ya digər strukturlar səviyyəsində məsələlərin sülh yolu ilə həllinə sadiqik , elə “bu status-kvoda qalsın” deyə danışmağımız, təbii ki, bizim xeyrimizə işləməyəcək. Ona görə təklif edirəm ki, iki məsələ ilə bağlı müzakirə aparılmalıdır. Birincisi, torpaqların geri qaytarılması üçün inteqrasiya haqqında qanunun qəbul olunması və konvensiyalarda göstərilən bütün üsullarla bağlı, partizan hərəkatı ilə bağlı olan məsələlərin qanuniləşdirilməsi ilə əlaqədar müzakirələrin aparılması çox vacibdir.

144.Atəş dayanmamalıdır: (07.12.2018)


İkincisi, indiyə qədərki atəşkəs haqqında bizim fərqli mövqeyimiz olmalıdır. Biz hansı atəşkəsdən danışmalıyıq? Bizim ərazilərimiz işğal olunub və bundan sonra “biz daha atəş atmayacağıq” deməliyik. Biz o vaxt atəşkəs elan eləməliyik ki, düşmən tərəf sərhədlərinə çəkilsin. Bundan sonra düşmən tərəfə atəş açmamaq haqqında öhdəlik götürə bilərik. Biz indi atəş açmalıyıq, atəş dayanmamalıdır.

145.Büdcədən barıt iyi gəlmədi: (07.12.2018)


Qarabağda erməni təyyarələri hərbi təlim keçirlər. Əgər düşmən dövlətin vasitələri bizim sərhədləri keçirsə, onlar, təbii ki, vurulmalıdır. Ona görə çox kəskin şəkildə Qarabağla, işğal olmuş ərazilərimizlə bağlı ortaya çox fərqli şəkildə mövqelər qoymalıyıq, çox fərqli şəkildə yanaşmalarımız olmalıdır və düşmən tərəf də başa düşməlidir ki, biz bu məsələlərlə barışmırıq. Büdcə müzakirələri oldu. Büdcədə müharibə ilə bağlı heç bir şey hiss olunmadı. Büdcədən barıt iyi gəlmədi. Hər il büdcəyə daxil eləmək olar ki, biz hər il bu qədər vəsait itiririk. Bu gələcəkdə təzminat məsələsində qaldırılsın. Ona görə mən xahiş edirəm ki, bu iki məsələnin müzakirəsi münasib vaxtların birində gündəliyə salınsın.
Bu xəbər oxucular tərəfindən 1072 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed