Şrift:
Azərbaycanda özünüməşqulluq layihəsinə bu il 10 min nəfər cəlb olunub
04.02.2020 [11:14] - Hüquq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən icra olunan özünüməşqulluq layihəsinə bu il 10 min nəfər cəlb olunub.
Bunu jurnalistlərə açıqlamasında Bakı şəhər Məşğulluq İdarəsinin rəis müavini Fatimə Ələkbərova deyib. Onun sözlərinə görə, onlardan 4 min nəfərdən çoxunu xanımlar təşkil edir ki, onların da bir qismi müəyyən aktivlərlə təmin olunub.
"Onlar artıq hazır ev təsərrüfatlarına başlayıblar. Bu xanımlardan əksəriyyəti demək olar ki, öz istehsal etdikləri məhsulların satışını da həyata keçirilirlər. Bununla bağlı həm nazirlik, həm də digər dövlət qurumları tərəfindən onlara satış kanallarının təşkilində lazımi köməklik göstərilir", - deyə F. Ələkbərova qeyd edib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 641 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed