20.09.2012 [12:22] - Siyasət
Misir prezidenti Məhəmməd Mursi bu ölkəyə səfər edən İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşündə Tehranla Qahirə münasibətlərinin inkişafına mane olan problemdən danışıb.
Əli Əkbər Salehi Suriyadakı böhranın həlli məqsədilə Qahirədə keçirilən iclasa qatılmaq üçün Misirə səfər edib. Qahirə iclasında Suriya böhranının həlli üçün yol xəritəsi müzakirəyə çıxarılıb. Toplantıya Misir, Səudiyyə Ərəbistanı, Türkiyə və İranın xarici işlər nazirləri qatılıb. Misir prezidentinin sözçüsü Yasir Əli jurnalistlərə açıqlamasında deyib: “Cənab Mursi İran xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşündə deyib ki, İranın Suriya hökumətinə dəstək verməsi Tehranla Qahirə münasibətlərinin inkişafına mane olur. Cənab Mursi təkidlə bildirib ki, o, Misir prezidenti kimi Bəşər Əsəd rejiminə laqeyd qala bilməz. Çünki Suriya hökuməti və prezidenti açıq-aşkar öz xalqına qarşı zorakılıq və qəddarlıq nümayiş etdirir. Bütün bunlara isə göz yummaq mümkün deyil”.

Bu xəbər oxucular tərəfindən 945 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |