Şrift:
Abay Kunanbayev adına qazax dili, tarixi və mədəniyyəti mərkəzində açılış olub
05.02.2020 [10:28] - Mədəniyyət
Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Abay Kunanbayev adına qazax dili, tarixi və mədəniyyəti mərkəzində kitab sərgisinin açılışı olub.
Açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, BDU-nun rektoru Elçin Babayev, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Beynəlxalq Türk Akademiyasının (BTA) rəhbərliyi və nümayəndələri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təhsil nazirlərinin müavinləri və təmsilçiləri, müxtəlif ölkələrin alim və ictimai xadimləri iştirak edib.
BTA prezidenti Darxan Kıdırəli tərəfindən 60-dək kitab, o cümlədən Abaya həsr olunan və Akademiya tərəfindən nəşr olunan azərbaycanlı tədqiqatçı Turan Teymurovun “Muxtar Auezovun “Abay” romanında sənətkarlıq məsələləri”, qazax alim Mekemtas Mırzaxmetulının yazdığı “Muxtar Auezov Abayşünas alim”, “Abayı oxu, öyrən...” və “Müdrik Abay mirasını öyrənmənin 125 illik tarixnaməsi” kitabları mərkəzə hədiyyə edib. Sonra BTA adından rektor E. Babayevə "Abay-175" adlı mükafat təqdim edilib. E. Babayev çıxış edərək təşəkkürünü bildirib və qeyd edib ki, mərkəz öz işini daha da gücləndirərək hər iki ölkə arasında əlaqələrin inkişafına töhfəsini verəcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed