Şrift:
Taekvondoçularımız İstanbuldakı beynəlxalq turnirdə üç qızıl medal qazanıblar
05.02.2020 [10:44] - İdman
İstanbulda təşkil olunan G1 kateqoriyalı “Turkish Open” turnirində mübarizə aparan Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət yığma komandasının üç üzvü qızıl medal qazanıb.
Milli komanda üçün ilin ilk beynəlxalq yarışı olan açıq çempionatda Cavad Ağayev (68 kq), Milad Beigi Hərçəqani (80 kq) və qadın taekvondoçumuz Fəridə Əzizova (67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Məhəmməd Məmmədov (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (87 kq yuxarı) isə bürünc medalla kifayətlənməli olublar. Yarışların idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Ramal Camalov, Elşad Məmmədov, Coşqun Nadirov və Aygül Abdullayeva təmsil ediblər. Komandamız turnirə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin, baş məşqçilər Rza Mehmandoustun və Elnur Amanovun rəhbərliyi ilə qatılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 379 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed