Şrift:
DSX: Dənizdə köməksiz vəziyyətdə qalan balıqçılar xilas edilib
05.02.2020 [10:54] - Hadisə
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsini uğurla davam etdirir. DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gözətçi gəmisi Kürdili adasının cənubunda Lənkərаn rаyоnu Nərimanabad qəsəbəsindən 8,1 mil məsafədə iki nəfər heyət üzvünün “Kömək edin!” işarəsini nümayiş etdirən hərəkətsiz balıqçı qayığı müşahidə edib. Sərhəd gözətçi gəmisinin fırtınalı hava şəraitində keçirdiyi xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən dənizdə qalmış “BA-5142” bort nömrəli “Yamaha-40” mühərrikli balıqçı qayığı yedəyə alınıb. Qayığın heyəti sааt 15:10 rаdələrində xilas edilərək Nərimanabad qəsəbəsi istiqаmətində sahilə çıxarılıb.
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslərin Lənkərаn rаyоnunun Nərimanabad qəsəbə sakinləri 1977-ci il təvəllüdlü Süleymanov Sədrəddin Yediyar oğlu və 1987-ci il təvəllüdlü Əsgərov Nail Namiq oğlu olmaları müəyyən edilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed