05.02.2020 [11:13] - Hüquq
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, eyni zamanda, geniş dinləyici auditoriyasına malik olan Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, tədris işinin ən müasir metodikalar və İKT-lər tətbiq olunmaqla təkmilləşdirilməsi, peşəkar təlimçilərin hazırlanması və təlimlərə beynəlxalq ekspertlərin cəlb olunması, videokonfrans vasitəsilə distant formada treninqlərin təşkili daim diqqətdə saxlanılıb. Ötən il 4300-dək ədliyyə işçisi, vəkillər, hakimlər, prokurorlar və digər hüquqşünaslar, habelə bələdiyyə üzvü və qulluqçuları icbari təlim, ixtisasartırma və peşə hazırlığı kurslarına cəlb olunublar. Həmçinin Ədliyyə Akademiyasının maddi-texniki təminatının yaxşılaşdırılması, müasir iş şəraitinin yaradılması üzrə işlər görülür, o cümlədən praktiki təlimlərin keçirilməsi məqsədilə kriminalistika fəaliyyətinə dair avadanlıqla, kriminalistika elminin tarixinə aid əyani və digər vasitələrlə təchiz olunmuş yeni kriminalistik kabinet yaradılıb.
Ədliyyə naziri Fikrət Məmmədov görülən işlərlə və tədris prosesinin təşkili vəziyyəti ilə yerində tanış olmaq məqsədilə Ədliyyə Akademiyasına baş çəkib, hakimlərin və digər hüquqşünasların tədrisinə cəlb olunan təlimçilərlə maraqlanıb, dövlətimizin başçısının məhkəmə hakimiyyətinə ictimai etimadın gücləndirilməsi və şəffaflığın artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq məhkəmələrdə media ilə işləyəcək yeni spiker-hakimlərin təliminə dəvət olunmuş nüfuzlu beynəlxalq media eksperti, professor Joan Barata Mir ilə görüşüb, faydalı fikir mübadiləsi aparılıb.
Akademiyada yeni kriminalistik kabinet ilə tanış olan nazir hüquqşünasların nəzəri bilik və peşə hazırlığının yüksəldilməsində və praktiki vərdişlərin aşılanmasında onun əhəmiyyətini qeyd edib, müvafiq tapşırıqlarını verib. Bununla yanaşı, Akademiyada əhalinin aztəminatlı təbəqəsinə ödənişsiz hüquqi yardım göstərən Hüquq Klinikasının işi ilə maraqlanılıb. Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov ötən il 630-a yaxın şəxsə pulsuz hüquqi yardım göstərildiyini, Vəkillər Kollegiyası ilə vəkilliyə namizədlərin icbari təlimi və hüquqi xidmətlərin göstərilməsi sahəsində səmərəli əməkdaşlıqda klinikanın fəaliyyətinə vəkillərin cəlb olunduğu qeyd edib.
Nazir bu sahədə işin səmərəliliyinin artırılması, Vəkillər Kollegiyasının yeni yaradılmış Hüquqi Yardım və Tədris Mərkəzi ilə qarşılıqlı fəaliyyətin genişləndirilməsinə dair tapşırıqlar verib, yenidənqurmadan və əsaslı təmirdən sonra yeni istifadəyə verilmiş həmin Mərkəzə baş çəkərək onun fəaliyyəti və müasir iş şəraiti ilə tanış olub.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 574 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |