Şrift:
Bakı Şəhər Prokurorluğu azadlığa buraxılan şəxslə bağlı münasibət bildirib
05.02.2020 [11:21] - Hüquq
Bakı Şəhər Prokurorluğu Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən Elçin Cəfərovun guya prokurorluğun razılığı əsasında məhkəmə tərəfindən azadlığa buraxılmasına dair son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yer alan əsassız xəbərlərlə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumatda həmin xəbərlərin həqiqəti əks etdirmədiyindən təkzib olunduğu bildirilib.
Məlumatda qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində istintaq edilən cinayət işi üzrə Elçin Cəfərovun özgənin əmlakını ələ keçirmək məqsədilə A.Allahverdiyevadan 25 min manat borcunun silinməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən olunduğundan o, təqsirləndirilən şəxs qismində cəlb edilib. Lakin E.Cəfərov istintaqdan gizləndiyi üçün yanvarın 18-də barəsində axtarış elan olunub. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Cəfərov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim edilib. Yanvarın 25-də E.Cəfərova Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş ittiham elan edilməklə Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Müdafiəçinin vəsatəti əsasında E.Cəfərovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib və o, məhkəmə zalından azadlığa buraxılıb. Yasamal Rayon Prokurorluğu həmin qərarla razılaşmayaraq apellyasiya protesti verib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 567 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed