20.09.2012 [13:48] - Gənclik
Ötən ildən başlayaraq “Ali təhsil müəssisələrində Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılıb.
Layihə Multimedia Mərkəzi tərəfindən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə sıx əməkdaşlıq şəraitində keçirilir. Bu barədə Davam.az-a Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib: “Layihə çərçivəsində yeni media sahəsi ilə əlaqəli fənlərin tədris modellərinin hazırlanması, jurnalistika təhsili verən hər bir ali təhsil müəssisəsi üçün Onlayn laboratoriya – onlayn qəzetin modulunun və Yeni media texnologiyalarının tədris edən müəllimlərə köməklik məqsədilə elektron tədris resursun yaradılması, təlimlərin keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində yalnız bir ali təhsil müəssisəsində – BDU-nun jurnalistika fakültəsində İnternet TV Studiyanın yaradılması planlaşdırılmışdır. Bu studiya onlayn resursların media bazarının tələblərinə cavab verən kadrlar hazırlanmasında önəmli rol oynayacaq”, – deyə P. İbrahimova qeyd edib.

Bu xəbər oxucular tərəfindən 1215 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |